Icma.az
close
up
RU
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı?

Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı?

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Medvedyev deyib ki, Rusiya Müdafiə Nazirliyinin açıqlamasını hərfi mənada qəbul etmək lazımdır: “Dronlar və başqa avadanlıqlar istehsal edən Avropa müəssisələrinin siyahısı Rusiya silahlı qüvvələri üçün potensial hədəflərin siyahısıdır. Zərbələrin nə vaxt reallaşacağı sonrakı addımlardan asılıdır. Rahat yatın, Avropalı tərəfdaşlar”!Bu çağırış, sadəcə, hədələyib qorxutmaqla kifayətlənəcək, yoxsa Avropada hədəfə alınmış obyektlərə hücum öncəsi son "xəbərdarlıq siqnalı"dır?

Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitriy Medvedev, demək olar ki, mütəmadi şəkildə hədələyici və sərt bəyanatlarla çıxış edir: “Onun ritorikası bir çox hallarda mərhum Vladimir Jirinovskinin siyasi üslubunu xatırladır və sanki həmin xəttin davamı kimi təqdim olunur. Avropa ölkələrinə yönəlik təhdidlər də bu davranış modelinin növbəti mərhələsi kimi qiymətləndirilə bilər”.

Politoloq bildirib ki, Rusiyanın Avropada dron istehsalı ilə məşğul olan müəssisələri hədəf kimi göstərməsi isə beynəlxalq hüquq baxımından qəbuledilməz yanaşma hesab olunur. Çünki Avropa ölkələrinin öz təhlükəsizliyini təmin etmək üçün bu istiqamətdə addımlar atması onların suveren hüququdur və bu cür səylər indiki təhlükəsizlik reallıqları fonunda zəruri xarakter daşıyır. Başqa sözlə, Avropa öz təhlükəsizliyini təmin etmək üçün bu yolu seçməkdə haqlıdır.

“Əgər məsələ Ukrayna kontekstində qiymətləndirilirsə, burada Avropa İttifaqı ilə Ukrayna arasında mövcud olan müttəfiqlik münasibətləri nəzərə alınmalıdır. Bu razılaşmalara uyğun olaraq Avropa İttifaqı Ukraynaya dəstək göstərir. Bu fonda belə bir sual ortaya çıxır: necə olur ki, Rusiya kimi böyük bir ölkə müxtəlif mənbələrdən, o cümlədən, insan resursları baxımından dəstək əldə edə bilir, lakin Ukraynanın Avropa İttifaqından hərbi dəstək alması mübahisə mövzusuna çevrilir? Bu yanaşma ziddiyyətli olmaqla yanaşı, həm də ciddi suallar doğurur”-deyə politoloq bildirib.

Zeynal Əmrəliyev vurğulayıb ki, başqa tərəfdən, silah istehsalı beynəlxalq hüquq normalarına uyğun olduğu halda hər bir dövlətin suveren hüququ hesab olunur: “Müəyyən olunmuş standartlara cavab verən silahların istehsalı, emalı və satışı dövlətlərin daxili işi sayılır. Bu sahəyə müdaxilə etmək və ya hədələyici bəyanatlarla çıxış etmək isə beynəlxalq münasibətlərdə qəbul edilən normalarla uzlaşmır və yolverilməzdir”.

“Üçüncü mühüm məqam ondan ibarətdir ki, mövcud reallıqlar fonunda Rusiyanın Avropa İttifaqı ilə genişmiqyaslı müharibəyə getməsi real görünmür. Belə bir ssenari həm region, həm də qlobal təhlükəsizlik üçün ciddi fəsadlara yol aça bilər. Ukraynada davam edən müharibənin uzunmüddətli xarakter alması da göstərir ki, Rusiya hələ də bu münaqişədə istədiyi nəticəni əldə edə bilməyib. Bu baxımdan, daha geniş miqyaslı qarşıdurma ehtimalı real deyil və bu cür bəyanatlar daha çox siyasi ritorika çərçivəsində qiymətləndirilir”-deyə politoloq qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Aprel 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri