“Megastore”dan içində 170 min olan seyf oğurlamışdı 10 il 6 ay həbs verildi
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gəncədə “Megastore” mağazasına basqın edən Nicat Abdullayevin məhkəməsi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 31 yaşlı N.Abdullayev Cinayət Məcəlləsinin quldurluq maddəsi üzrə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bildirilib ki, hadisə zamanı naməlum şəxs səhər erkən saatlarda şəhərin Xətai prospektindəki mağazaya gələrək orada 69 yaşlı gözətçiyə küt alətlə xəsarət yetirib. Daha sonra onun əl və ayaqlarını yapışqan lentlə bağlayaraq cinayətkar əməlini davam etdirib. Belə ki, naməlum şəxs mağazada içində 157 151 manat, 6040 dollar (10 268 manat) və 18 100 (350 manat) rubl olan seyfi götürərək gedib.
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə seyf mağazaya yaxın ərazidə basdırılmış vəziyyətdə tapılıb. Daha sonra N.Abdullayev tutulub.
Aslan Vəliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 29 Dekabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















