Icma.az
close
up
RU
Məgər hicablı qadın öpüşmür, xəyanət etmir?

Məgər hicablı qadın öpüşmür, xəyanət etmir?

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Kulis.az Ömər Xəyyamın “Düzəlmişdi hər yarağımız, çatışmır saqqal darağımız” köşəsini təqdim edir.
Əvvəl/əvvəl xırda/para məsələlərdən danışmağın, yaxud məlum çatışmazlıqlar/artıqlar haqqında qaraladığın mötədil mətnsayaqlar bir o qədər gözə batmırdı, elə öz aramızda pıçıldaşır, problemə gülməcə bağlayır, atmaca atır, gülüşüb/hırıldaşıb dağılışırdıq, fəqət iş elə gətirib ki,
günü bu gün xırda/para məsələlər haqqında danışmaq özü böyük problemdir, ürək istəyir, arxa/dayaq istəyir ki, səni əcaib/qəraib dəstənin nümayəndəsi hesab etməsinlər, adına söz çıxarmasınlar, orda/burda düşmən dəyirmanına su tökən qara donlu kafir kimi təqdim eləməsinlər, üstəlik, günü bu gün hər cümləyə izah verməli, hər sözü xırdalığınacan şərh etməlisən, yoxsa məyusedici vəziyyətə düşəcəksən və mən haman hissdən, haman situasiyadan yaman qorxuram: başa düşülməmək!
Xülaseyi-kəlam, tabulaşmış, kristallaşmış mövzular var ki, o mövzular haqqında dəfələrlə yazmışam və dəfələrlə linç olunmuşam, yəni, sevimli oxucu məni başa düşməyib, yanlış hökm verib, məni özünə yad hesab etdiyi, daha doğrusu, idrak etmədiyi fikirlərimə görə düşmən elan edib.
Belənçi qanqadalı tabulardan biri də hicabdır.
Əvvəla, biləsiniz ki, xeyli hicablı aydın, bilgili, azad düşüncəli tanışlarım var.
Və biləsiniz, mənim hicab taxmayan, açıq/saçıq geyinən tanışlarım da var.
Fəqət məni narahat edən məsələ hicabın namus, ləyaqət simvolu kimi qəbul olunmağı; əxlaqi qılaf, vicdani qalxan kimi təqdim edilməyidir.
Belə çıxır ki, filankəsin qızı hicab taxmırsa, onun qardaşı, atası əxlaqsızdır, özü haqqında danışmağa dəyməz...
Məlum, hicab üstündə xeyli adam ölüb, öldürülüb, həbs edilib.
Hicablı müəllimlər işdən çıxarılıb, hicablı şagirdlər qınanılıb, qısnanılıb.
Hicab kiməsə görə cəhalətin rəmzdir, kiməsə görə Allahın əmridir, kiməsə görə estetik seçimdir, aksesuardır.
Bu qənaətləri doğan səbəblərdən yetərincə xəbərdarsınız, əminəm.
Elə mən özüm xeyli hicablı cahil tanıyıram.
Di gəl, mənim tanıdığım açıq-saçıq geyinən cahillər də az deyil.
Axtarsan, məsələn, Avropanın göbəyində hicablı müəllimlərə, laborantlara, akademiklərə rast gələrsən.
Yəni, vəziyyət, aşağı/yuxarı bu cürdür, rəngarəngdir və mənim hicabla, hicablı qadınlarla heç bir problemim yoxdur.
Hicabın tarixi, mahiyyəti barədə də yazmaq artıqdır.
Əgər bir-birimizi başa düşdüksə, keçək ikinci hissənin önsözü əvəzinə yazdığım abzasa.
Əziz başa düşən, qərəzsiz oxucu, xəbəriniz olsun ki, mənim xeyli mömin, fəqət şarlatan kişi tanışlarım da var. Olsun ki, sizdən ötrü namaz qılan hamı təmizdir, safdır, su kimi durudur, əxlaqlının yekəsi, vicdanlının ənkəsidir, lakin, amma və ancaq elə mömin bəndələrin özləri digər möminlərə kafir deyir, onların əməllərini təqdir etmirlər, deyirlər, onlar cəhənnəmdə yanacaqlar.
Buracan, məncə, hələ heç kim əsəbiləşməyib, hamı mənim bəsit, ibtidai fikirlərim və qənaətlərimlə razıdır.
Üstəlik, əziz başa düşənlər mömin kişilərin şarlatanlığı, xəyanəti, nadanlığı, xainliyi haqqında xeyli film izləyib, elə bir o qədər də bədii mətn oxuyub.
Çoxdur belə obrazlar: namaz qılır, fəqət zorakıdır, namaz qılır, südə su qatır, namaz qılır, kiminsə haqqına girir, namaz qılır, zina edir, yalan danışır və digər fırıldaq/şuluq işlər tutur.
Məncə, hələ də bir-birimizi başa düşürük və mən hələlik səhv danışmıram.
Lap yaxşı.
İndi gəlin, özümüzdən soruşaq görək, niyə filmlərdə, bədii mətnlərdə xəyanətkar, şeytanın fısıltısına qulaq verib də rəfiqəsini bıçaqlayan, qardaşını güllələyən hicablı qadın obrazları yoxdur?
Yoxsa hicablı qadınların hamısı sadiqdir? Onların hissləri, düşüncələri tamamilə Allaha bağlıdır? Yəni, onlar, bir növ, yerin üstündə yox, göyün üzündə yaşayırlar? Yəni onların heç şuluq işi yoxdur?
Ya onların dodaqları, əlləri ancaq namaz qılanda açılır? Öpüşmürlər, qucaqlaşmırlar, sevişmirlər...
Məncə, əsəbiləşdin, bəlkə də, incidin... Səbirli ol, əzizi oxucu... Səbir etmək də imandandır və biləsən ki, Allah səbir edənləri sevir.
Axı biz birgə yaşayırıq. Ən əsası, insanıq. Ətdən, sümükdən...
Birgə oxuyuruq, birgə işləyirik, birgə toya gedirik, birgə sevinirik, birgə ağlayırıq...
Birgə qərar veririk: geyim tərzi, həyat tərzi və düşüncə azaddır.
Bir/birimizə hörmət edirik, birlikdə yaşayırıq, birlikdə ölürük.
Hüquqlarımız eynidir, taleyimiz aşağı/yuxarı oxşardır, yəni, kobud desək, eyni coğrafiyanın qurbanıyıq.
Yaxşı bəs, əziz ssenarist, əziz rejissor və əziz senzorlar, niyə ancaq mənim bacım, mənim anam, mənim qohumlarım öpüşür filmlərdə... Elə ancaq mənim bacım, mənim anam, mənim qohumlarım dələduz kimi təqdim olunur? Həp bizimkilər cinayət törədir, xəyanət edirlər...
Uzun/uzadı yazıb səni hövsələdən çıxarmaq istəmirəm.
Lap lazım bilsən, üzr də istəyərəm.
Deyərəm ki, bilməmişəm, səhv etmişəm, bəs hicablı qadınlar haqqında belənçi danışmaqla başımdan böyük qələt eləmişəm, məni bağışlayın. Deyərəm ki, əxlaqsızlıq edən ancaq bizimkilərdir, yəni, mənimkilər. Nə var/nə var, onlar hicab taxmırlar...
Yəni, lazım bilsən... Ol səbəb narahat olma, əziz oxucu, əsəblərini cilovla, özünü ələ al.
Yazmışdım axı, bu xırda/para məsələdir və çalışıram, xırda/para məsələ haqqında şişirtməyim.
Ki, bilirəm, ölkədə də, dünyada da daha ciddi problemlər var, fəqət biz o problemlərin yanında elə özümüz boydayıq, qoy oturmuşuq, sən Allah.

Düşmənini xilas edən adamın faciəvi sonu - "Popkorn" Nə Səxavət Məmmədov muğam oxuya bilirdi, nə də Könül Xasıyeva - Muğamatı gözdən salanlar, yaxud markamaniya “Arvadımı xəyanətə görə tövləyə bağlamışdılar, mən onu döyə-döyə öldürdüm” – Xatirə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://kulis.az
archiveBu xəbər 05 Dekabr 2024 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri