Icma.az
close
up
RU
Məğlub bir ölkənin idxalının həcmi son üç ildə üç dəfədən çox “artdı”... Professordan sensasion yazı

Məğlub bir ölkənin idxalının həcmi son üç ildə üç dəfədən çox “artdı”... Professordan sensasion yazı

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu araşdırma “Qeyri-hökumət Təşkilatıarına Dövlət Dəstəyi Agentliyi”nin ilə “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi tərəfindən “Ermənistanın idxal-ixrac əməliyyatlarının iqtisadi təhlili” mövzusunda reallaşdırılan layihə çərçivəsində yazılan ikinci məqalədir.

Bir ölkənin idxalının həcmi hansı hallarda kəskin şəkildə arta bilər? 

Bunun bir çox səbəbləri mümkündür. Lakin əsas səbəb budur ki, həmin ölkə ciddi iqtisadi yüksəliş yolu tutsun və bu yol ölkədə əhalinin gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxara bilsin. Təbii ki, belə olan halda ölkə daxilində bir çox məhsullara tələbat əsaslı şəkildə yüksəlir və bu da öz növbəsində idxalın həcminin artmasına gətirib çıxarar. 

Bu araşdırmamızda biz reallaşdırdığımız layihə çərçivəsində Ermənistanda son bir neçə il ərzində idxalın kəskin şəkildə artmasının köklərini araşdırmağı hədəfləyirik. Son illər Ermənistan hökuməti bütün dünyaya elan edib ki, bəs 44 günlük İkinci Qarabağ savaşındakı acınacaqlı məğlubiyyətdən sonra onların iqtisadiyyatı ikirəqəmli inkişaf yolu ilə irəliləyir.

İkinci Qarabağ müharibəsində 44 gün ərzində öz iqtisadi, maliyyə və hərbi potensialının böyük bir qismini itirmiş bir ölkənin xarici ticarət dövriyyəsindəki “inqilabi sıçrayışının” kökündə nələr dayanır? Axı acınacaqlı iqtisadi və maliyyə durumunda olan bir ölkəyə onun Dövlət büdcəsinin həcmi səviyyəsində idxal üçün ən azından adekvat valyuta imkanlarına malik olmalıdır. 

Digər tərəfdən idxalın həcmi ilk növbədə hər hansı bir məhsula olan daxili tələbatı ödəmək üçün artırıla bilər. Nə baş verdi ki, Ermənistan son üç ildə idxalın həcmini 2021-ci ildəki 5,3 milyard dollardan, 2024-cü ildə 17,1 milyard dollara qədər artıra bildi?

Bəlkə gerçəkdən də 44 günlük savaşdan sonra erməni hökuməti müharibədəki acınacaqlı məğlubiyyətdən lazımi nəticələr çıxarıb, ölkə iqtisadiyyatını dirçəltmək üçün real iqtisadi addımlar atmağa start verib və bu məqsədlə də idxal imkanlarını belə sürətlə böyüdür?

Təbi ki, bütün bunlar o qədər də ciddi görünmür. Çünki acınacaqlı məğlubiyyətdən çıxmış Ermənistanın real iqtisadi və maliyyə durumu bizə yaxşı bəllidir. Ermənistan rəsmi dövlət statistikasının məlumatlarına əsaslansaq, son bir neçə ildə ölkənin iqtisadiyyatının xarici ticarət dövriyyəsindən dolayı digər sahələrində ən yaxşı halda cüzü artımları görmək mümkündür.

Əgər bura müharibədən sonra Ermənistandakı daxili çəkişmələri, hakimiyyət uğrundakı çarpışmaları da əlavə etsək, o halda ölkənin idxalındakı bu qədər artımın bir başqa hədəflərinin olduğuna şübhə qalmır.

Yuxarıda dediklərimizi konkret faktlarla əsaslandıraq. Beləliklə, 2021-ci illlə müqaisədə 2024-cü ildə Ermənistanın idxalında ən çox artan təbii və ya mədəni mirvarilər, qiymətli və ya yarı qiymətli daşlar, qiymətli metallar kimi məhsulları görmək mümkündür.

Yəni bu məhsulların idxalının həcmi 2021-ci ildə 248,4 milyon dollar təşkil edirdisə, 2024-cü ildə həmin məhsulların Ermənistana idxalının həcmi 7,4 milyard dollardan çox olmuş, daha doğrusu 3 il ərzində idxalın həcmi 7 milyard 152 milyon dollar və ya 29,8 dəfə artmışdır.

Nəzərə alaq ki, Ermənistanın 2024-cü ildə Dövlət büdcəsinin gəlirləri 6,6 milyard dollar, xərcləri isə 7,6 milyard dollar olmuşdur. Sual olunur ağır məğlubiyyət yaşamış və əhalisi xüsusilə də müharibədən sonra acınacaqlı sosial durumda olan bir ölkənin bu qədər zinət məhsulları idxal etməsi nə deməkdir? 

Ermənistan Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində əks etdirilmiş məlumatlar göstərir ki, bizim yuxarıda bu ölkənin idxalının həcmnin artmasına dair əks etdirdiyimiz rəqəmlər demək olar ki, müqaisə apardığımız dövrdə Ermənistanın Rusiyadan idxal etdiyi məhsulların həcmi ilə tam adekvatdır.

Belə ki, əgər 2021-ci ildə Ermənistan Rusiyadan cəmisi 1 milyard 785 milyon dollar həcmində məhsul idxal etmişdisə, 2024-cü ildə bu rəqəm 5,2 dəfə və ya 7,5 milyard dollar artaraq, 9 milyard 239 milyon dollar təşkil etmişdir.

Təbii ki, bu rəqəmlər özlüyündə ciddi suallar doğurur. Ermənistanla Rusiya arasında qarşılıqlı ticarət əlaqələrində Ermənistana Rusiyadan idxalın həcminin belə fantastik artımının arxasında nələr dayanır. Bu barədə növbəti araşdırmamızda geniş məlumat verəcəyik.

Fikrət Yusifov
iqtisad elmləri doktoru, professor
“Ekonomiks” Beynəlxalq İqtisadi
Araşdırmalar İctimai Birliyinin sədri

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 İyun 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see236

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see170

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see161

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see155

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see155

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see152

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see146

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri