Icma.az
close
up
RU
“Məğlub da ola bilərdik, qalib də gələ bilərdik” Elmar Baxşıyev

“Məğlub da ola bilərdik, qalib də gələ bilərdik” Elmar Baxşıyev

Icma.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.

“İki fərqli hissə izlədik. Birinci hissədə komanda olaraq oyunumuz alınmırdı. Dəyişikliklərdən sonra oyunun ritmini ələ keçirməyi bacardıq. Bilirdik ki, ağır səfərdəyik. Bir xala da sevinmək lazımdır. Elə oyun gedirdi ki, məğlub da ola bilərdik, qalib də gələ bilərdik. Yenə də yolumuza davam edirik. Qarşıdakı oyunlara hazırlaşacağıq”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 21-ci turunun “Sumqayıt”la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb.

– Ola bilər ki, rəqib başqa cür oynadı deyə, gözlədikləriniz alınmırdı?

– Vaqif Cavadovun gəlişindən sonra da “Sumqayıt” daha dinamik, daha aqressiv oynayır. Təhlükəli komanda olduğunu bilirdik. Rəqibin üstün cəhətlərini də komandamıza göstərmişdik. Onlar özgüvənli komandadır, yaxşı iş görürlər.

– Samir Abasov bildirmişdi ki, “Qarabağ”dan başqa heç bir klub dominant futbol oynaya bilmir. Bu haqda fikriniz necədir?

– Dominant futbola doğru illərlə getmək lazımdır. Birdən-birə alınan bir şey deyil. Çalışmaq lazımdır. Kim desə ki, “Araz-Naxçıvan” sırf müdafiədə oturub, öz bəxtini əks-hücumlarda axtarır, elə də deyil. Komandadan daha çox hücumda olmaq tələb olunur. Büdcə də lazımdır ki, istədiyin material da əlinin altında olmalıdır ki, hücumda daha çox kreativ olasan.

– Qış fasiləsindən sonra meydana çıxdığınız ikinci oyundur ki, matç aqressiv keçir, sanki təzyiq altında çıxırsız oyunlara. “Zirə” ilə matçda aqressiya var idi. Bu nədən irəli gəlir, çempionatın gərginliyindən, yoxsa rəqiblərlə bağlıdır?

– Epizodlara da baxsaz, bizim futbolçular necə sarı alırlarsa, burada rəqibi də vurğulamaq lazımdır. Rəqib də yaxşı çalışır ki, onları provakasiyaya çəksinlər. İdman stressdən ibarətdir. Stressin altında olmalısan ki, hansısa mərhələyə gəlib çıxasan. Sizin sual verməyiniz normaldır. Mən də onu normal şəkildə cavablandırıram. Bizdə nə qıcıq yaradır? 80-cı dəqiqədə “Sumqayıt”ın qapısı qarşısındakı penalti epizodunu heç kim vurğulamır. Amma biz də baxırıq ki, dəqiq penaltidir. Nə VAR-a baxırlar, nə VAR-dan çağırırlar. Möhkəm komandayıq, bizi bu yolla əzmək istəyirlərsə, əfsuslar olsun ki, bu onlarda istək olaraq qalacaq…Bizə qarşı diqqətli olsunlar.

– Onda belə çıxır ki, siz iki cəbhədə mübarizə aparırsız, meydanda və meydandan kənarda…

– Komanda və məşqçilər olaraq, üzərimizə düşən meydançadır. Digər amillər mənlik və komandama aid deyil. Komandama inanıram, möhkəm və sağlam kollektivimiz var. Öz iradəmizdən geri çəkilməyəcəyik.

– Qış fasiləsindən sonra üç fərqli nəticə qazanmısız. Qeyri-stabillik davam edəcək?

– Nəticə olaraq, siz bizi qeyri-stabil göstərmək istəyirsiz. Məni maraqlandıran oyun keyfiyyətidir. Komandam o keyfiyyəti mənə geri qaytarmağa çalışır. Bəzən istədiyim olur, bu oyundakı kimi. 5-6 qol epizoduna girirsən, dəyərləndirə bilmirsən. Ona görə nə siz məni, nə də mən komandamı günahlandıra bilərəm. Epizoddur, futboldur, futbolun yazılmamış qanunları var. Onunla barışmalısan.

– Matçın nəticəsini ədalətli hesab edirsiz?

– Məncə, bir xala görə də sevinmək lazımdır. Hər xal dəyərlidir. Çox onun üzərində dayanmayacağıq. Daha çox qarşıdakı matçlara köklənəcəyik.(sportal.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 01 Fevral 2025 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri