Məğlubiyyətdən sonra millidən ayrılır
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Argentina millisinin baş məşqçisi Lionel Skaloni gələcəyi ilə bağlı qərarını açıqlayıb.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, 48 yaşlı mütəxəssis DÇ-2026-nın finalında İspaniyaya 0:1 hesablı məğlubiyyətdən sonra dekabrda vəzifəsindən ayrılmağı düşündüyünü bildirib.
“Dekabra qədər işləməyə davam edəcəyəm. Daha sonra federasiya prezidenti ilə danışacağam. Yəqin ki, bir müddət fasilə vermək fikrindəyəm.
Bu vəzifədə olduğum üçün çox xoşbəxtəm və bununla fəxr edirəm. Prezident istəsə, dekabra qədər burada qalacağam, amma sonra vəziyyət dəyişə bilər. Dekabrdan sonra, yəqin ki, Argentina Futbol Assosiasiyası ilə yollarımızı ayıracağıq”, - deyə Skaloni bildirib.
Qeyd edək ki, Lionel Skaloni 2018-ci ildən Argentina millisinə rəhbərlik edir. Onun başçılığı altında komanda 2022-ci ildə dünya çempionu olub, DÇ-2026-da isə gümüş medal qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 20 İyul 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















