Məhbuslara gizlicə telefon verən nəzarətçi cəzalandırıldı
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində gizli şəkildə iki məhbusa telefon ötürən nəzarətçi cinayət məsuliyyətinə cəlb edilib.
Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, xidmətin əməkdaşı 1996-cı il təvəllüdlü Niyaməddin Tağıyev Cinayət Məcəlləsinin 308 və 317-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini pozma) maddələri ilə təqsirli bilinib.
Həbsxana nəzarətçisinin gizli şəkildə işlədiyi müəssisəyə telefon keçirməsi və orada cəza çəkən məhbuslara verməsi məlum olub.
Bildirilib ki, N.Tağıyev həmin məhbuslardan birini daha əvvəldən tanıyırmış və bu münasibətə görə öz təşəbbüsü ilə cəza çəkən şəxs üçün ciddi nəzarətin olduğu yerə telefon keçirib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə işdən çıxarılan həbsxana əməkdaşına 5 min manat cərimə cəzası verilib. Onun 2 il müddətində vəzifə tutmaq hüququ da məhdudlaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 29 Yanvar 2025 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















