Icma.az
close
up
RU
MƏHBUSLARA HAVA DA PULLA SATILIR Mirsaleh Seyidovun Penitensiar Xidmətdəki “islahatları” tərsinə işləyir

MƏHBUSLARA HAVA DA PULLA SATILIR Mirsaleh Seyidovun Penitensiar Xidmətdəki “islahatları” tərsinə işləyir

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Penitensiar Xidmətdə baş verən neqativ olaylar və qanunsuzluqlarla bağlı “Hürriyyət”də dəfələrlə yazmışıq. Xüsusilə də keçmiş rəis Ceyhun Həsənovun quruma rəhbərlik etdiyi dönəmdə saytımızda və qəzetimizdə onlarla məqalə dərc olunub və hər birində də çoxsaylı faktlar işıq üzü görüb.

O cümlədən, 10 iyul 2023-cü il tarixində Penitensiar Xidmət rəisi Prezidentin sərəncamı ilə vəzifəsindən azad edildikdən bir gün sonra, “Ceyhun Həsənov “getdi”, Penitensiar Xidmətdə nə dəyişəcək?” sərlövhəli məqalə də dərc etmişdik. Həmin yazıda qeyd etmişdik ki, əslində, C.Həsənovun istefaya göndəriləcəyi gözlənilən olmaqla yanaşı, həbsxanalarda hökm sürən və dövlətin bu sferada imicini zədələyən mənfi hadisələr fonunda bu sərəncam həm də labüd idi. “Çünki Həsənovun yarıtmaz fəsliyyəti nəticəsində dövlətin təhlükəsizliyinə vurulan zərbə ilə yanaşı, həbsxanalar İranın narkotik ticarəti "oylağı"na çevrilib”, - deyə vurğulamışdıq.

Onu da əlavə etmişdik ki, dövlət başçısının digər sərəncamıyla Penitensiar Xidmətin rəisi təyin olunan Mirsaleh Miradil oğlu Seyidovun fəaliyyət yolu elə də hamar olmayacaq: “Yeni rəis həbsxanalardakı durumu düzəltməklə yanaşı, sələfinin “ciçəkləndirdiyi” narkobiznes şəbəkəsinin gizləndiyi künc-bucaqları açığa çıxarıb, problemi aradan qaldırmalıdır. Dövlət başçısının göstərdiyi etimadı əldə edilmiş uğurlu fəaliyyətlə doğrultmaq yalnız ona etibar edilmiş vəzifəni yerinə yetirməklə mümkündür. Bu baxımdan, Mirsaleh Seyidovun öhdəsinə önəmli iş düşür”.

Məqalənin sonunda isə qeyd etmişdik ki, yeni rəisin ən qısa müddətdə Penitensiar Xidmət daxilində ciddi “təmizləmə” işləri aparacağına və çoxsaylı qanunsuzluqları aradan qaldıracağına inanırıq. Ona görə bu düşüncədəydik ki, M.Seyidov Penitensiar Xidmət rəhbərliyinə kənardan gətirilməmişdi və həbsxanalarda yaşanan duruma çox yaxından bələd olan insan idi. Prezident İlham Əliyevin ona etimad göstərməsi də təsadüf deyildi. Məhz bu səbəbdən də, çoxsaylı vətəndaşlarımız kimi, biz də uzun zamandır Penitensiar Xidmətə tabe olan cəzaçəkmə müəssisələrində vəziyyətin düzələcəyini gözləyirdik...

Bəs, Mirsaleh Seyidov Penitensiar Xidmətə rəhbərlik etdiyi təxminən 2 il ərzində bu qurumda nə kimi müsbət yeniliklər olub? Ümumiyyətlə, bu müddətdə Penitensiar Xidmətdə hər hansı əsaslı dəyişikliklər həyata keçirilib, yoxsa görülən işlər sadəcə kosmetik xarakter daşıyıb?

İlk olaraq sonuncu suala cavab tapmağa çalışaq.

Əlbəttə, M.Seyidov Penitensiar Xidmətə rəhbər təyin edildikdən qısa müddət sonra cəzaçəkmə müəssisələrində bir sıra mühüm işlər görüldü. Məsələn, məhkumların ailə üzləri və yaxınları ilə görüşünə qaydalara uyğun şəkildə icazə verildi. Üstəlik, bu zaman sələfi Ceyhun Həsənovun dövründə mövcud olan “ənənələrdən” fərqli olaraq, növbədənkənar olmayan görüşlər üçün pul yığılmasına son qoyuldu. Həmçinin, “içəridə” də vəziyyət xeyli dəyişdi. Belə ki, məhbuslara verilən qidanın keyfiyyəti, onlarla davranış da düzəldi. Amma...

Əmması odur ki, bütün bunlar sadəcə bir neçə ay sürdü. Son günlər apardığımız araşdırma nəticəsində deyə bilərik ki, hazırda Penitensiar Xidmətin cəzaçəkmə müəssisələri nəinki əvvəlki kimi bərbad vəziyyətdədir, hətta bir çox parametrlərinə görə Ceyhun Həsənovun dövründə olduğundan da pis duruma düşüb. Vəziyyət o həddə çatıb ki, artıq nəinki məhbuslar və onların yaxınları, hətta Penitensiar Xidmətin işçiləri də uzun illər yarıtmaz idarəçiliyi ilə həbsxanaları pis günə qoyan Ceyhun Həsənovun “atasına rəhmət oxuyurlar”.

Həbsxanalarda “köhnə hamam, köhnə tas”

Məsələn, indi məhbuslara verilən yeməklər heç də əvvəlki dövrdə olduğundan fərqlənmir. Onların içməli su ilə təminatı isə daha bərbaddır. Hansı ki, indi çox az məhbus cəzaçəkmə müəssisələrindəki sudan istifadə edir. Böyük əksəriyyət içməli suyu kənardan satın alır, yaxud gətizdirir. Bunun təsdiqi üçün bircə dəfə həbsxanaların önünə baş çəkmək yetərlidir. Bu zaman görəcəksiniz ki, məhbus yaxınları hər həftə içəriyə mağazalardan alınan çox sayda böyük su qabları daşımağa məcburdur. Çünki, xüsusilə yay aylarında içəridəki sudan istifadə edən məhkumlar şiddətli qarın ağrısı yaşayırlar.

Yeri gəlmişkən, məhbusların qidalanması barədə İnsan Haqlarına dair Avropa Konvensiyasında bu barədə xüsusi tələblər var. Həmin Konvensiyaya görə, məhbuslar gündə üç dəfə yeməklə təmin olunmalı və hər bir məhbusun fasiləsiz içməli su əldə etmək imkanı olmalıdır.

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun “Yemək təminatı, ərzaq məhsullarının və ən zəruri malların əldə edilməsi” adlı 20-ci maddəsində də açıq şəkildə qeyd olunur ki, məhbuslar müasir gigiyena tələblərinə uyğun şəkildə hazırlanmış qida ilə gündə 3 dəfə təmin olunmalıdırlar. Üstəlik, yeməklər hazırlanarkən məhbusların yaşı, sağlamlıq vəziyyəti və dini ənənələri nəzərə alınmalıdır.

Yeməklər indi daha bərbaddır...

Lakin indi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində bu tələblərin heç birinə əməl olunmur. Heç də təsadüfi deyil ki, hazırda məhbusların böyük əksəriyyəti həbsxana yeməklərindən imtina edir. Çünki bu yeməklər olduqca keyfiyyətsizdir. Bu baxımdan, az-çox imkanı olanlar ailə üzvlərinin, yaxınlarının gətirdiyi ərzaq məhsulları ilə dolanmağa məcburdur. Bu, əksər məhbusların yaxınları üçün istər maddi, istər də fiziki baxımdan çox böyük yük olsa da, kimsə öz övladını, yaxınını həbsxana yeməyinə möhtac buraxmaq istəmir. Halbuki, Azərbaycan büdcəsindən hər məhbusun saxlanılmasına gündəlik 15 manat 80 qəpik ayrılır...

Ən dəhşətlisi odur ki, Mirsaleh Seyidov Penitensiar Xidmətin başına keçəndən sonra məhbuslara hava da pulla satılır. Bu, əksər oxucularımızın təccübünə səbəb ola bilər. Amma çox təəssüflə qeyd edirik ki, bütün bunlar reallıqdır. Məsələn, isti yay aylarında kameranın nəfəsliyinin açıq saxlanılması üçün məhbuslardan 200 manat rüşvət alınır. Əks halda, onlar havasız, qapalı şəraitdə qalmağa məcbur olur ki, bu da xüsusilə sonuncu mərtəbədə saxlanılanlar üçün əzabvericidir.

Açıq havada gəzişmək də pullu oldu

Bu, yetməzmiş kimi, son vaxtlar bəzi cəzaçəkmə müəssisələrində açıq havada gəzişmək də pullu olub. Məhbuslara yalnız kamerə önündə, çox dar bir ərazidə addımlamağa izacə verilir. Kim açıq havaya çıxmaq, günəş üzü görmək istəyirsə, mütləq həbsxana rəhbərliyini “görməlidir”.

Bundan əlavə, əsasən də qış aylarında dindar məhbusların soyuq, beton döşəmədə namaz qılması çox çətin olduğundan, onlar yerə sərmək məqsədilə yaxınları tərəfindən alınan örtüyü içəri keçirmək üçün rəhbərliyə pul ödəməlidir. Hətta məhbuslar öz kameralarını səliqəyə salmaq istəsələr belə, bunun üçün ödəniş etməlidirlər. Hər zaman olduğu kimi, “imtiyazlı” məhbuslar üçün televizoru, interneti olan kameralar üçün hər ay külli miqdarda vəsaitin toplanması da öz yerində.

Etibarnamə üçün az 300 manat xərcləməlisən...

Onu da qeyd edək ki, İslah-Əmək Məcəlləsinin 41-ci maddəsinə əsasən, azadlıqdan məhrumetmə yerlərində məhkumlara müəyyən olunmuş qaydada həftədə 2 dəfə telefonla danışmaq, eləcə də sığorta agentlikləri ilə sığorta bağlamaq, sertifikat, istiqraz vərəqələri və digər qiymətli kağızlar əldə etmək, tibbi məsləhət, müalicə almaq üçün pullu səhiyyə xidməti sisteminə müraciət etmək və s. hüquqlar da verilmişdir. Lakin, çox təəssüf ki, son vaxtlar hətta məhkumların öz ailələri ilə danışması belə, əvvəli kimi, pullu olub. Bunun üçün hər dəfə 5-10 manat vermək tələb olunur.

Eynilə, hər hansı məhkum öz yaxınına, yaxud hansısa bir şəxsə müəyyən səbəblərdən etibarnamə verməli olarsa, dövlət rüsumu olaraq notariusa 100 manat ödəməklə yanaşı, həbsxana rəhbərliyinə də ayrıca 200-300 manat rüşvtə ödəməlidir. Əks halda, heç bir notarisun cəzaçəkmə müəssisəsinə daxil olmasına icazə verilmir.

Sonda onu da bildirək ki, məqalədə qeyd etdiyimiz iddiaların hər birini təsdiq edəcək faktlarımız mövcuddur. Növbəti yazımızda bütün bunlarla bağlı daha ətraflı məlumat verməyə çalışacağıq.

Hazırladı: İ.SABİRQIZI

P.S. Etibarlı qaynaqlardan əldə etdiyimiz məlumata əsasən, son vaxtlar Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində hərc-mərjiliyin baş verməsi heç də təsadüfi deyil. Deyilənə görə, rəis Mirsaleh Seyidovun başı şəxsi biznes işlərinə və villalarının sayını artırmağa qarşıdığından, həbsxanalara ayırmağa vaxtı qalmır...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Oktyabr 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri