“Mehdi Hüseynzadə adına şəhər stadionu üç dəfə 10 min azarkeş görüb” niyə belə dedi?
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
“Sumqayıt” sabah ölkə kubokunun 1/4 final mərhələsinin cavab görüşündə “Sabah”ı qəbul edəcək. VİP loja istisna olmaqla qalan bütün yerlər üçün biletlərin qiyməti 1 manatdı.
Bəs standart qiymət müəyyənləşdirilməsinin bilet satışına müsbət mənada təsiri olubmu? Bu sualı “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevə ünvanladıq:
“Bəli, satışa təsiri var. Təəssüf ki, kəskin hava şəraiti buna mane olur. Qar hələ də davam edir. Artıq 1500 bilet satılıb. Mehdi Hüseynzadə adına şəhər stadionu üç dəfə 10 min azarkeş görüb. Son vaxtlar soyuq hava fonunda müşahidə olunan az azarkeş tendensiyasından fərqli bu dəfə nisbətən hərəkətlilik var. Sabah da oyun saatına qədər satışlarımızın yaxşı olacağını ümid edirəm. Futbolçularımız dolu tribunalar qarşısında oynayarlar”.
ƏSƏD SEYİDOV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 27 Fevral 2025 00:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















