Icma.az
close
up
RU
“Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi azarkeşlər meydanda yarışacaq

“Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi azarkeşlər meydanda yarışacaq

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

“Sumqayıt” təmsil etdiyi şəhərin 75 illiyi ilə bağlı tədbir keçirəcək. Belə ki, Misli premyer-liqasının 14-cü turunda “Şamaxı” nı qəbul edəcək komanda azarkeşlərin stadiona biletsiz girişini təmin edəcək.
Belədə sumqayıtlıların stadiona axın edəcəyini və komandanın “şirlər”i dolu tribunalar önündə məğlub etməyə çalışacağını proqnozlaşdırmaq olar.
Bəs anşlaqı mümkündümü? Təşkilatçılıq işləri necə tənzimlənəcək? Əlamətdar günlə bağlı əlavə tədbirlər nəzərdə tutulubmu?
“Football-plus.az”ın suallarını “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev cavabladı:


“Bəli, klub olaraq, həmin oyun günü “açıq qapı” elan edəcəyik. Bilet satışı həyata keçirilməyəcək. Azarkeşlər həmişəki qaydada yoxlandıqdan sonra stadiona buraxılacaq. Stadionun tutumundan daha çox tərəfdarın gələcəyini düşünmürük. Ötən mövsüm “Qəbələ” ilə keçirilən matçda da sumqayıtlılar stadiona biletsiz buraxılmışdı. Həmin vaxt arenaya buraxılmayan azarkeşlərin sayı xeyli az oldu. Yəni elə demək olar ki, stadionun tutumu qədər azarkeş gəlir. Daha çox olduğu təqdirdə mühafizəçilər və ya polis əməkdaşları tərəfindən tərəfdarlara yer olmadığı bildirilir. Əlavə tədbirlərə gəlincə, konsert proqramı keçirilməyəcək. Amma oyunun başlamasına iki saat qalmış əyləncəli oyunlar olacaq. Həmçinin seçilən beş azarkeş fasilədə meydanda yarışacaq. Onlar topu mərkəzdən qapıya göndərməyə çalışacaqlar. Birinci və ikinci yeri tutanlara hədiyyələr veriləcək. Ümid edirik ki, tərəfdarlarımız həm yaxşı oyun izləyəcək, həm də əyləncəli vaxt keçirəcək”.


Qeyd edək ki, matç noyabrın 24-ü, saat 19.00-da başlayacaq.
KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Noyabr 2024 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri