Mehdiabadda usta ev sahibini bıçaqladı
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Abşeron rayonunun Mehdiabad qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, Cavid adlı qəsəbə sakini evini təmir etdirmək üçün usta axtarıb. O, tanışı Nofələ bu barədə məlumat verib. Nofəl də evə Elgün adlı ustanı göndərib və razılaşma əldə olunub.
Elgün təmir işlərini bitirib, ev sahibindən gördüyü ışin pulunu tələb edib. İş ev sahibinin xoşuna gəlmədiyi üçün Cavidlə Elgün arasında mübahisə yaranıb. Elgün gördüyü işə görə ev sahibindən 1 650 manat tələb etsə də, Cavid ona gördüyü işin məbləğinin cəmi 450 manat olduğunu, digər təmir işlərini keyfiyyətsiz gördüyünü bildirib. Mübahisə nəticəsində Elgün özü ilə gəzdirdiyi bıçaqla Cavidə zərbə endirib, hadisə yerindən qaçıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Elgün saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə gönsərilib. Məhkəmənin hökmü ilə Elgün 5 il azadlıqdan məhrum edilib. (Oxu.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 21 Oktyabr 2026 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















