Icma.az
close
up
RU
Mehdiyev 400 minə yaxın ziyanı ödədi, bəraət istədi

Mehdiyev 400 minə yaxın ziyanı ödədi, bəraət istədi

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Formula-1 yarışlarının təşkili zamanı 400 min manata yaxın yeyintidə təqsirləndirilən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) keçmiş şöbə müdiri Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Teleqraf-a xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə Çingiz Mehdiyevin vəkilləri müdafiə çıxışı ediblər.

Onun vəkili Faiq Nəcəfov qeyd edib ki, Formula-1 yarışlarının təşkili zamanı alınan 621 min 671 manatlıq mallar gömrük orqanları tərəfindən yoxlanılıb və Bakı şəhəri Halqası Şirkətiə təhvil verilib. Vəkilin sözlərinə görə, malların qiymətləndirməsi ilə bağlı ekspertiza rəyi ilə razılaşmır, qiymətlər şişirdilib:

"Biz məhkəmə tərəfindən gömrük bəyannaməsinin nəzərə alınmamasını xahiş edirik. Bundan başqa, şahid ifadələri ilə məlum oldu ki, marşal postlarının düzəldən şəxs 3 min-4 min pul alıb. Həmin şəxslər məhkəmədə verdiyi ifadələrində Çingiz Mehdiyevi tanımadıqlarını göstəriblər. Əlaqələri olmaması faktı ortaya çıxıb".

Vəkil həmiçin onu da əlavə edib ki, Formula-1 yarışlarının təşkilində Çingiz Mehdiyevin rolu olub, təşkilatçılıqda mühüm rol oynayıb, müsbət işlər görüb.

Vəkil deyib ki, bununla bağlı Çingiz Mehdiyev təltif olunub, uğurlu işləri dəyərləndirilib:

"İşə nəzər yetirəndə məlum olur ki, vəziyyətin bu şəkil almasına səbəb ailə münaqişəsi olub. Keçmiş həyat yoldaşı övladının ona verilməsini istəyib, Çingiz isə 17 yaşlı bir uşağın heç nəyə məcbur edə bilməyəcəyini deyib. Bundan sonra Çingiz Mehdiyevin barəsində mənfi rəylər formalaşdırıb".

Vəkil ilk olaraq bəraət hökmünün çıxarılmasını istəyib. Onun sözlərinə görə, bu, mümkün olmasa, ziyanın ödənilməsi əsas gətirilərək, cinayət işinə xitam verilsin.

Vəkil həmçinin deyib ki, elektron məhkəmə sisteminə Cinayət Məcəlləsinin 179-cü maddəsi üzrə ziyanın tam ödənilməsi barədə qəbz yerləşdiriblər, buna görə də həmin maddə üzrə cinayət təqibinə xitam verilməsini istəyirlər.

Vəkil qeyd edib ki, Çingiz Mehdiyevin anasına məxsus şirkətlərin hesabına köçürülən pulların leqallaşdırılması kimi qəbul edilməsi düzgün deyil, çünki həmin pullar şirkətin özünə məxsus olub.

Vəkil əlavə edib ki, Çingiz Mehdiyevin anasına məxsus olduğu şirkət tərəfindən heç bir zərər vurulmayıb, alınan mallar təhvil verilib. Bu səbəbdən pulun leqallaşırılması ittihamını qəbul etmirlər.

Beləliklə, Çingiz Mehdiyev 397 min 892 manat mənimsəmə və israf etmə ilə bağlı ziyan tam ödənilib. Çingiz Mehdiyevin digər vəkili də həmkarı ilə razı olduğunu deyib.

Dövlət ittihamçısı Orxan Səmədov həmin sənədlərlə tanış olduğu deyib və bəzi məsələləri dəqiqləşdirmək üçün bir saat vaxt istəyib.

Bu səbəbdən hakimlər prosesdə bir saat fasilə elan ediblər.

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı Çingiz Mehdiyevin 10 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib. Onun barəsində seçilmiş polis nəzarəti altına verilmə qətimkan tədbirinin dəyişdirilməsinin, onun barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.

Dövlət ittihamçısı qeyd edib ki, təqsirləndirilən şəxsin əmlakların üzərinə xüsusi müsadirə olunması barədə həbs qoyulub, məhkəmə hökm çıxaran zaman bu məsələni də həll etməlidir.

Qeyd edək ki, Çingiz Mehdiyev mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun icraçı direktoru olduğu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləyib.

İttihama görə o, vəzifə saxtakarlığı edərək, 400 min manata yaxın dövlət vəsaitini mənimsəyib. Mehdiyev həbsdə deyil. Onun haqda ibtidai istintaq dövrü müddəti üçün “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

İttihamda göstərilir ki, İdman Nazirliyi vasitəsi ilə Bakı şəhər Halqası Əməliyyat şirkətinə ayrılmış 397.852,82 manat vəsaiti mənimsəyib.

Bundan başqa Çingiz Mehdiyev ona etibar edilmiş vəsaiti hissə-hissə olmaqla 2020-ci ilin fevral-noyabr aylarında qardaşı Zaur Mehdiyevin ABŞ-ın "Bank of Amerika" bankındakı hesabına 1.436..735,18 manatı köçürməklə leqallaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 Mart 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri