Icma.az
close
up
RU
Mehdiyev Hacıbəyliyə bunları veribmiş: hamısı geri alına bilər SİYAHI

Mehdiyev Hacıbəyliyə bunları veribmiş: hamısı geri alına bilər SİYAHI

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

 

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin keçmiş deputat Gültəkin Hacıbəyliyə bağışladığı əmlaklarla bağlı yeni siyahı yayılıb. Məlum olub ki, Mehdiyev Hacıbəyliyə bir neçə ev və müxəlif ərazilərdə torpaq sahələri bağışlayıb.

Bu əmlakların qanuni yollarla Gültəkin Hacıbəylidən alınması mümkündürmü?

Globalinfo.az-a danışan deputat Vüqar İskəndərov bildirib ki, antimilli şuranın fəal üzvü olan Gültəkin Hacıbəyli parlamentdə fəaliyyət göstərdiyi beş il ərzində bir çox əmlaklara sahib olub:

“O, yeni seçildiyi dövrdə Mehdiabad bələdiyyəsinin əlillər üçün ayrılmış torpaq sahəsindən 12 sot ərazini ələ keçirib. Daha sonra məlum olub ki, Hacıbəyli birinci qrup əlillərin ərazisinin bir hissəsini də mənimsəyib. Bundan başqa, Goranboy rayonunda torpaq sahələri və böyük villa, Abşeron rayonunda, Goradil kəndində, Mehdiabad qəsəbəsində, Şamaxı rayonunda və digər yerlərdə torpaq sahələri, Səbail rayonunda ofis, Bakı şəhərinin Nəsimi və Yasamal rayonlarında mənzillər əldə edib. Bütün bu əmlaklar hazırda hüquq mühafizə orqanları tərəfindən araşdırılır”.

Vüqar İskəndərov

Deputat deyib ki, Gültəkin Hacıbəyli istintaqa təqdim olunduqdan sonra bu əmlakların necə əldə edildiyi və qanunsuz yollarla əldə olunub-olunmadığı barədə əlavə sorğu-sual aparılacaq:

“Əgər qanunsuzluq aşkar edilərsə, əmlakların geri alınması hüquqi çərçivədə təmin olunacaq. Ədalət mütləq şəkildə bərpa olunmalıdır. Ümumiyyətlə, Hacıbəylinin Ramiz Mehdiyev ilə əlaqələri ona ölkə ərazisində geniş əmlak əldə etmək imkanı yaradıb. Hüquqi prosedurlar tamamlandıqdan sonra bu məsələnin də hüquqi çərçivədə həll olunacağı gözlənilir”.

Vəkil Rəsul Cəfərov Gültəkin Hacıbəylinin əmlaklarının onun əlindən alınmasının hüquqi baxımdan mümkün olduğunu bildirib:

“Əgər həmin əmlaklar cinayət nəticəsində əldə edilib və ya cinayət əməlinin predmetini təşkil edibsə, eyni zamanda, əmlakı alan şəxs də onların cinayətkar yolla əldə olunduğunu bilərək qəbul edibsə və ya cinayət əməlinin törədilməsində iştirak edibsə, bu halda əmlak müsadirə oluna bilər. Əks halda, müsadirəyə yol verilmir”.

Gültəkin Hacıbəylinin əmlak siyahısını təqdim edirik:

“NLT” MMC tərəfindən inşa edilmiş Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi, 251A nömrəli 15 mərtəbəli binada Gültəkin Hacıbəyliyə gizli şəkildə iki müasir mənzil təmir olunmuş vəziyyətdə hədiyyə edilib. Həmin mənzillərdən biri Gültəkin Hacıbəylinin atası Yunis Hacıyevin adındadır. Söhbət həmin ünvanda yerləşən 179.4 kv.m sahəsi olan 183 nömrəli mənzildən gedir. G.Hacıbəyli sözügedən mənzili hazırda yüksək məbləğə kirayə verib.

Həmin binanın 13-cü mərtəbəsində yerləşən digər mənzil isə Hacıbəylinin bacısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib. 178.18 kv.m sahəsi olan dördotaqlı mənzildə isə G.Hacıbəyli özü tək yaşayıb.

– Goranboy rayonu, Xan Qərvənd kəndində 92 sotluq torpaq sahəsi və onun üzərində yerləşən 400 kv. metr sahəsi olan nəhəng villa;

– Goranboy rayonu, Nadirkənd kəndində 5 hektar, Borsunlu kəndində 6.25 hektar, Aşağı Ağcakənd kəndində 1.76 hektar, 58-ci məhəllədə hər biri 8 sot olmaqla 2 torpaq sahəsi;

– Abşeron rayonu, Xırdalan şəhərində 60 sot torpaq sahəsi;

– Goradil kəndində 30 sot torpaq sahəsi;

– Abşeron rayonu, Mehdiabad qəsəbəsində hər biri 4 sot olmaqla üç yerdə topaq sahəsi;

– Abşeron rayonu, Mehdiabad qəsəbəsində 6 sot torpaq sahəsi;

– Şamaxı rayonu, Qaleybuğurd kəndində 12 sot torpaq sahəsi;

– Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 a ünvanında 178,18 kv. metr sahəsi olan mənzil;

– Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 A ünvanında 179,14 kv. metr sahəsi olan digər mənzil;

– Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 ünvanında 63,3 kv. metr sahəsi olan mənzil;

– Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi 61, ev 2 ünvanında mənzil;

– Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 92 A ünvanında mənzil.

Bütün bunlar Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevə “xidmətləri” qarşılığında əldə etdikləridir. İndi isə qanun qarşısında cavab vermək zamanı çatıb.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Dekabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri