Icma.az
close
up
RU
Mehdiyev həbs edildi: kadrları dərhal hərəkətə keçdilər

Mehdiyev həbs edildi: kadrları dərhal hərəkətə keçdilər

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

“Kurtlar vadisi – Vətən” filmində bir səhnə var. Təyyarə ilə Amerikadan İstanbula çevriliş üçün gələn Fətullah Gülən xalqın dirənişini görüb planlarının pozulmasından sonra geri qayıtmağı əmr edir və orda bir cümlə işlədir: “Mənim adamlarıma deyin ki, aşkarlanmamaq üçün lazım olsa, məni söysünlər, özlərini qurban kimi göstərsinlər”. FETO Türkiyədə istədiyinə nail olmadı. Öldü. Bizim ölkədə də FETO obrazı Ramiz Mehdiyev idi.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış alim Zaur Əliyev PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin ev həbsinə məhkum edilməsi barədə qeyd edib.

O bildirib ki, R.Mehdiyevin “yazdığı” kitablar belə onun özünə aid deyil, yüzlərlə alimin zəhməti dir, mövqeyindən istifadə edib hamısını öz adına çap etdirib:

“Adam ölkədə Rusiyanın “bəlkə də qayıtdı o günlər” ideyasını yaşadan və yayan bir nömrəli adamı idi. Sprut idi. Zəhərli, qaranlıq bir obraz yaşayıb və öz qara zəhərini hər yerə yayan Sprut.

Hətta cinayətkar Hacı Məmmədovun həbsdə olan zaman çəkdiyi rəsm də R.Mehdiyevə işarə vermişdi.

Rusiyanın ölkəmizdəki adamı, ölkənin İkinci adamı! Özünü ölkənin sahibi sayırdı və minlərlə insan qorxu içərisində onun adını çəkə bilmirdi.

Rusiyanın içimizdə saxladığı ən böyük təhlükədən biri həbs edildi. Lakin bu Sprutun başıdır və dünən gecədən izləyirəm, ona “Həqiqi filosof, dövlət quruculuğunu ölkədə hamıdan yaxşı bilən Ramiz Mehdiyev” deyənlər özlərini “qurban” kimi qələmə verirlər. Eynən FETO-nun tapşırığı kimi. Özlərini gizlətmək istəyirlər. Lakin indi süni intellekt və Quql əsridir və onlar öz təriflərini əsas səhifədən silsələr də, “keş” deyilən yaddaşda qalır. Yaddaşı isə nəinki internetdən, insanlardan silmək olmur.

Sprutun 40 qolu və o qolların digər qolları təhlükə olaraq qalır. Rusiyanın yetişdirdiyi agentlər, xainlər, satqınlar və sənin hesabına bahalı həyat yaşayan şərəfsizlər.

Ölkə Prezidenti çox ciddi addımlar atır. 1920-ci il təkrar edilməsin deyə, 28 aprel 28 Mayı əvəz etməsin deyə Sprutun nəinki başı, bütün qol və ayaqları tamam kəsilməlidir.

Hər bir cinayət bəlkə də bağışlana bilər, Dövlətə və Vətənə xəyanət yox! Təyyarənı sifariş verdin, özünə çox güvəndin, düşmənlə əlbir oldun, lakin onun enişinin də ağır nəticəsini gözləməli idin. Gecikmiş də olsa, bu xəyanətinin cavabını nəinki bu dünyada, o dünyada da verəcəksən.

Növbə isə sənin qol-qanadın olanlardır ki, onlar Azərbaycanın sağlam ayaq üstə durması üçün kəsilməlidir!”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://axar.az
archiveBu xəbər 15 Oktyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri