Mehdiyev mart ayında niyə o binaya gedib? Yalanı ortaya çıxdı
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin cinayət işi ilə bağlı yeni detallar ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “APA”ya etibarlı mənbədən bildirilib.
Məlumata görə, martın 17-də Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyada olduğu haqda məlumat yayıldı. AMEA-dan verilən açıqlamada Mehdiyevin binaya şəxsi əşyalarını götürmək üçün gəldiyi deyilib.
Ancaq sonra məlum oldu ki, Ramiz Mehdiyev Akademiyada, məhz Akademiya Prezidentinin otağında Rusiyadan gələn nümayəndələrlə – Rusiya Elmlər Akademiyasının prezidentinin köməkçisi ilə görüş keçirib.
Yay aylarında isə Ramiz Mehdiyevin bir qrup sabiq məmurla Novxanıda görüş keçirməsi barədə mediada məlumat yayıldı. Görüşün məzmunu barədə məlumat olmasa da, görüş tarixi Rusiya Azərbaycan münasibətlərindəki gərginliyin pik vaxtına təsadüf etdiyini göstərir.


