Icma.az
close
up
RU
Mehdiyev Rusiyaya məktubunda nə yazıb? Tam mətn

Mehdiyev Rusiyaya məktubunda nə yazıb? Tam mətn

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, APA informasiya agentliyi Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istədiyi və bununla bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə göndərdiyi məktubu tirajlayıb.

Axar.az həmin məktubun tərcüməsinin tam mətnini təqdim edir:

“Son illərdə Azərbaycanda dövlət idarəetmə sistemini, eləcə də iqtisadi həyatı əhatə edən dərin böhran köklü islahatların və dəyişikliklərin aparılmasını tələb edir. Bir tərəfdən mövcud idarəetmə strukturunun səmərəsizliyi mövcud hökumətin xarakteri, əxlaqı və baxışları ilə izah olunursa, digər tərəfdən bu struktur avtoritarizm tərəfindən iflic edilmiş qəddar bir ruhla bağlıdır.

Bu idarəetmə sisteminin əsas xüsusiyyətləri yalnız referendum yolu ilə dəyişdirilə bilər.

Dövlət idarəçiliyinin yeni imicini və prinsiplərini inkişaf etdirərkən, ilk növbədə, Azərbaycan xalqının siyasi psixologiyasını, dövlətdən ənənəvi gözləntilərini nəzərə almaq, ölkənin sosial-iqtisadi sistemində onun hərtərəfli inkişafına mane olan durğunluğun əsl səbəblərini anlamaq və aradan qaldırmaq lazımdır.

Strateji dövlət qurumlarının rəhbəri kimi uzun illər idarəetmə təcrübəm, eləcə də müasir Azərbaycanın tarixi və siyasi məsələləri üzrə davamlı tədqiqatlarım mənə aşağıdakı dövlət idarəçiliyi sisteminin formalaşdırılması zərurətini göstərir:

1.Ümumi qəbul edilmiş demokratik prinsiplərə görə, hakimiyyət üç qoldan ibarət olacaq: qanunvericilik, icra və məhkəmə. Hakimiyyətin bu qollarının fəaliyyətinə nəzarəti cəmiyyətdə nüfuza malik olan 50 üzvdən ibarət - təcrübəli dövlət məmurlarından, iqtisadçılardan, hüquqşünaslardan, elm və mədəniyyət nümayəndələrindən ibarət Dövlət Şurası təmin edəcək. Bu qurum seçiləcək və ümumxalq səsverməsi nəticəsində formalaşdırılacaq. Şuraya Dövlət Şurasının sədri rəhbərlik edəcək və o da öz növbəsində artıq xalq tərəfindən seçilmiş Dövlət Şurası üzvləri arasından seçiləcək. Sədr həmçinin yalnız Dövlət Şurasının üzvləri tərəfindən səsvermə nəticəsində vəzifəsindən azad edilə bilər. Dövlət Şurası ölkədəki siyasi və sosial-iqtisadi proseslər üzərində tam səlahiyyətə və nəzarətə malik olacaq, həmçinin ölkənin Konstitusiya Məhkəməsi və Təhlükəsizlik Şurasının funksiyalarını yerinə yetirəcək. Dövlət Şurası parlament və hökumət fərmanları ilə qəbul edilən qanun layihələrini təsdiqləyəcək, təhlükəsizlik qurumlarının və məhkəmə sisteminin rəhbərləri, Mərkəzi Bank və universitet rektorları vəzifələrinə namizədlər irəli sürəcək. Müvafiq olaraq, Şuraya parlament qanun layihələri və hökumət fərmanları ilə bağlı zəruri hallarda istifadə edə biləcəyi veto hüququ veriləcək. Dövlət Şurasının fəaliyyəti Sədr aparatı tərəfindən dəstəklənəcək. Dövlət Şurasının sədri dövlət başçısına verilən bütün səlahiyyətlərdən və hüquqi immunitetlərdən istifadə edəcək. Dövlət Şurasına seçkilər hər 7 ildən bir keçiriləcək və bu müddət ərzində Dövlət Şurasının üzvləri də immunitet və toxunulmazlıqdan istifadə edəcəklər. Zərurət yarandıqda, Dövlət Şurası üzvünün səlahiyyətləri Dövlət Şurası sədrinin tələbi ilə şura üzvlərinin səsverməsinin nəticələrinə əsasən dayandırıla bilər. Dövlət Şurasının üzvləri adı çəkilən orqanda olduqları müddətdə elmi və pedaqoji fəaliyyətdən başqa heç bir fəaliyyətlə məşğul olmaq hüququna malik olmayacaqlar və yalnız Dövlət Şurasına hesabat verəcəklər.

2. Ölkənin icra hakimiyyətinə parlament seçkilərinin nəticələrinə əsasən seçiləcək ölkənin Baş naziri rəhbərlik edəcək. Parlament seçkilərində ən çox səs toplayan partiya liderinə dövlətin sosial-iqtisadi siyasətinin həyata keçirilməsinə məsul olan hökumət qurmaq hüququ veriləcək.

3.Qanunvericilik hakimiyyəti hər 7 ildən bir keçirilən ümummilli seçkilər nəticəsində formalaşacaq ölkə parlamenti ilə təmsil olunacaq. Parlament hökumət başçısının tövsiyəsi ilə (təhlükəsizlik qurumlarının rəhbərləri istisna olmaqla) hökumətin fəaliyyəti barədə hesabat qəbul edəcək və sosial-iqtisadi siyasətin həyata keçirilməsinə cavabdeh olan nazirləri təsdiq edəcək.

4. Məhkəmə hakimiyyəti, əvvəlki kimi, ölkənin Ali Məhkəməsi və onun müvafiq strukturları tərəfindən həyata keçiriləcək.

Bu cür dəyişikliklər ölkəni prezident respublikasından hakimiyyətə nəzarət etmək üçün effektiv mexanizmə malik parlament respublikasına çevirəcək. Bunlar həmçinin avtoritarizmin və avtokratiyanın başlanğıclarını və təməllərini əhəmiyyətli dərəcədə neytrallaşdırmağa imkan verəcək və dövlətin fəaliyyəti üzərində ictimai nəzarəti gücləndirəcək. Eyni zamanda, belə bir sxem demokratik seçkilərin keçirilməsini mümkün edəcək, bu da ölkənin beynəlxalq imicini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq və müxtəlif növ siyasi qüvvələr üçün geniş fəaliyyət sahəsi açacaq və öz növbəsində vətəndaş cəmiyyətinin təməllərini gücləndirəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 Oktyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see190

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see165

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see142

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see137

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see134

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri