Icma.az
close
up
RU
Mehdiyevin ən yaxın adamı danışdı: Özümə borc bilirəm

Mehdiyevin ən yaxın adamı danışdı: Özümə borc bilirəm

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevə qarşı dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham irəli sürülüb və o, məhkəmənin qərarı ilə 4 aylıq ev dustaqlığına məhkum edilib.

Axar.az xəbər verir ki, Mehdiyevə qarşı irəli sürülmüş ittihamlar sırasında “hakimiyyətin zorla ələ keçirilməsi” daha çox diqqət çəkir. Təbii ki, dövlət çevrilişini 87 yaşlı Ramiz Mehdiyev təkbaşına həyata keçirə bilməzdi, bunun üçün böyük bir komanda olmalıdır. Buna görə də nəzərlər bir vaxtlar Ramiz Mehdiyevin əsas kadrları hesab edilən şəxslərə dikilib.

Bu baxımdan Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün paylaşımı maraqla qarşılanıb. O, Rəbiyyət Aslanovanın Ramiz Mehdiyevin yardımı ilə deputat seçilməyi barədə yazıb.

O.Gündüzün sözlərinə görə, 2005-ci ildə parlament seçkiləri ərəfəsində məhz Rəbiyyət Aslanovanın seçilməsi üçün onun namizədliyi ləğv olunub və bunun üçün də Ramiz Mehdiyev ciddi təzyiqlər göstərib:

“Seçkiyə az qalmış ATƏT, hətta PA-dan gəlmiş sorğu keçirənlər mənim deputat seçilməyimi təbrik edirdilər. Elə həmin arada xəbər çıxdı ki, rayonun icra başçısını Ramiz Mehdiyev Bakıya çağırıb. Seçkiyə təxminən bir neçə gün qalmışdı. İcra başçısı Bakıdan qayıdan anda hər şey dəyişdi.

Rayonda ciddi gərginlik yarandı. Mənim adımın seçki bülletenində olmasının ciddi nəticələr verəcəyini düşünərək Dairə Seçki Komissiyası, təbii ki, yuxarıdan əmrlə, mənim namizədliyimin ləğvinə qərar verdi. Motiv də bu oldu ki, mənim kənddə olan hansısa bir nümayəndəm seçicini ələ alıbmış.

Ali Məhkəmədən çağırış gəldi və 5 dəqiqəlik məhkəmə ilə namizədliyim ləğv edildi”.

Adı illərdir Ramiz Mehdiyevin adamı kimi hallanan Rəbiyyət Aslanovanın bu məqamda Teleqraf-a açıqlamasında “olduqca həssas” davranması da “anlayışla” qarşılana bilər. belə ki, R.Aslanova Ramiz Mehdiyevin dövlətə xəyanət maddəsi ilə ittiham olunmasından məlumatlı olduğunu bildirir və sözügedən məsələyə “yalnız rəsmi qərar olduqdan sonra” şərh verə biləcəyini qeyd edir:

“Kifayət qədər yaşım var, indiyədək çox məlumat eşitmişəm. Qeyd etdiyiniz məsələyə yalnız rəsmi qərar olduqdan sonra münasibət bildirə bildirəm. Hazırda, bildiyiniz kimi, siyasi proseslərin içində deyiləm. Buna baxmayaraq, bir vətəndaş kimi öz mövqeyimi bildirməyi də özümə borc bilirəm. Konkret bu məsələ ilə bağlı isə prosesin sonunu - rəsmi qərarı gözləmək lazımdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 Oktyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri