Icma.az
close
up
RU
Mehdiyevin oğlu Naxçıvanda fəhlələri ayağa qaldırmaq üçün hərəkətə keçib

Mehdiyevin oğlu Naxçıvanda fəhlələri ayağa qaldırmaq üçün hərəkətə keçib

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Ramiz Mehdiyevin oğlu, fövqəladə hallar nazirinin müavini Teymur Mehdiyev sahibləndiyi Naxçıvanın Duzdağ mədənlərində böyük narazılıq yaradıb.

"Cebheinfo.az" Musavat.com-a istinadən xəbər verir ki, hazırda mədənlərdə çalışan fəhlələr işsizdir, istehsal dayanıb, yerli duz bazardan yoxa çıxmaq üzrədir.

Formal olaraq işlərin dayandırılması “çökmə riski” ilə əlaqələndirilir, amma yerli sakinlər və mədən işçiləri deyir ki, bu “risk” sadəcə bəhanədir, süni şəkildə yaradılmış ajiotajdan başqa bir şey deyil.

"Gündəlik Naxçıvan”ın əməkdaşına danışan işçilərin dediyinə görə, artıq bir neçə gündür bütün mədənlərə giriş-çıxış qadağan olunub, duz çıxarılması tam dayandırılıb. Halbuki, həmin ərazidə illərlə çalışan fəhlələr bildirirlər ki, mədənlərin çökmə təhlükəsi barədə indiyə qədər heç bir ciddi göstərici olmayıb:

“Bir neçə aydır ki, mədənlərin çoxu səbəbsiz yerə bağlanmış, istehsal minimuma endirilmişdi. İndi isə guya monitorinq aparıb, çökmə riskinin olduğunu deyirlər. Nə oldu, niyə özəlləşmə başlayandan sonra çökmə riski yarandı? Biz illərlə orada çalışmışıq, belə təhlükə olsaydı, bunu hamıdan əvvəl biz bilərdik”.

İşçilərin sözlərinə görə, mədənlərdə vəziyyət tədricən böhran həddinə çatıb, bir çox fəhlələr aylarla maaş almır, bir qismi isə məcburən işdən çıxarılıb:

“Aylardır maaş almayan işçilər var. Monopoliya uğrunda gedən mübarizədə biz fəhlələr qurban verildik. Yerli duza öyrəşmiş insanlar indi bazarda onu tapa bilmir, çünki istehsal dayandırılıb. Naxçıvanda duz tapmaq müşkülə çevrilib, başqa rayonlardan gətirilən duz isə çox baha satılır. Bu da əhalidə ciddi narazılıq yaradıb”.

Məlumatlara görə, Duzdağda ən iri istehsalçı olmuş “Naxçıvan Duz İstehsalı” MMC bu ilin may ayında özəlləşdirmə tenderinə çıxarılıb. Rəsmi sənədlərə əsasən, tenderin qalibi “Şərq-Qərb” ASC olub. Amma kulislərdə yayılan xəbərlərə görə, bu şirkətin 96 faizi Ramiz Mehdiyevin oğlu – Teymur Mehdiyevə məxsusdur.

Beləliklə, Naxçıvanın strateji iqtisadi mənbələrindən biri olan Duzdağ mədənləri də keçmiş Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ailəsinin nəzarətinə keçib.

Hadisələrin gedişi göstərir ki, Mehdiyevin oğlu duz mədənlərində süni narazılıq yaratmaqla Naxçıvanda yüzlərlə fəhləni ayağa qaldırmağa çalışır.

Hazırda Naxçıvanda yüzlərlə ailə duz mədənlərindəki dayanmanın nəticəsində işsiz və gəlirsiz qalıb. Əhali isə yerli duzun yoxa çıxması səbəbindən kənd təsərrüfatı və qida sənayesində əlavə xərclərlə üzləşir.

Sakinlərin sözlərinə görə, Naxçıvanda duz sadəcə mineral deyil, həm də mədəni və tarixi simvoldur. Duz mədənlərinin Mehdiyevlər ailəsinin öz şəxsi-siyasi maraqlarına qurban verilməsi əhali arasında ciddi qəzəb doğurur.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri