Icma.az
close
up
RU
Mehdiyevlərin şirkəti maliyyə hesabatını açıqladı 12 milyon manat gəlir

Mehdiyevlərin şirkəti maliyyə hesabatını açıqladı 12 milyon manat gəlir

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərən aparıcı şirkətlərdən birinin –  “Şərq-Qərb” ASC-nin (VÖEN - 2000043631) 2024-cü ildə gəlirləri 11 milyon 713 min  manat, xalis mənfəəti isə 844,7 min manat olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat ASC-nin sonuncu maliyyə hesabatında yer alıb.
Məlumat üçün bildirək ki, “Şərq-Qərb” ASC-nin 2023-cü ildə xalis mənfəəti 648,4 min manat, 2022-ci ildə 1 milyon 393,6 min manat, 2021-ci ildə isə 1 milyon 153 manat olub.
Onu da qeyd edək ki, “Şərq-Qərb”in 2024-cü il üçün açıqladığı hesabatda ASC-nin 2023-cü ildəki xalis mənfəəti 1 milyon 043,5 min manat göstərilir. Lakin ötən il 2023-cü il üçün açıqladığı hesabatda ASC-nin 2023-cü ildəki xalis mənfəətinin 648,4 min manat olduğu göstərilib. Ötən il hesabatda “Vergidən çıxılmayan xərclər” olaraq göstərilən 395 min manat, bu il açıqlanan hesabatda “Xalis mənfəət” bölməsinə əlavə olunub.
Məlumat üçün bildirək ki, “Şərq-Qərb” ASC 14 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 589 min 879 manat olan ASC Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 17 ünvanında yerləşir.
ASC ilə eyni ünvanda “Şərq-Qərb Mülk” MMC, “Şərq-Qərb Nəşriyyat Evi” MMC və “Qlobal East West” MMC də yerləşir.
Qeyd edək ki, bu ünvanda vaxtı ilə 4 nömrəli Bakı Kitab Mətbəəsi fəaliyyət göstərib. 2001-ci ildə özəlləşdirilərək “Şərq-Qərb” ASC-yə çevrilib.
“Şərq-Qərb” ASC-nin səhmlərinin 96%-inin Mehdiyev Teymur Ramiz oğluna məxsus olduğu qeyd olunub. Reyestr məlumatlarında Mehdiyev Teymur Ramiz oğlunun qeydiyyat ünvanı Bakı şəhəri İstiqlaliyyat küç., ev 9, m. 31 göstərilir ki, həmin ünvanda həm də Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev qeydiyyatdadır.
Qeyd edək ki, Ramiz Mehdiyevin yeganə oğlu general-mayor Teymur Mehdiyev hal-hazırda Fövqəladə hallar nazirinin müavinidir.
“Şərq-Qərb” nəşriyyatı əsasən Elm və Təhsil Nazirliyinin kitab (dərslik) çapı ilə bağlı keçirdiyi tender müsabiqələrində qalib olur.
Onu da bildirək ki, bir neçə il əvvəl Hesablama Palatası Baş Prokurorluğa müraciət edib ki, 2019-cu ildə AMEA ilə “Şərq-Qərb” ASC arasında imzalanan 10,4 milyon manatlıq müqavilədə cinayət tərkibi olduğu üçün istintaq başlatsınlar.
Hesablama Palatasının haqqında bəhs etdiyi müqavilə imzalanan zaman Ramiz Mehdiyev AMEA-nın prezidenti olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 May 2025 00:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri