Icma.az
close
up
RU
Məhəmməd daha bir zorlamada ittiham olunur EKSKLÜZİV

Məhəmməd daha bir zorlamada ittiham olunur EKSKLÜZİV

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

3 saylı Uşaq Evində baş verənlər barədə qalmaqallı açıqlamalarından sonra həbs edilərək 10 il azadlıqdan məhrum edilən Məhəmməd Hacıyevlə bağlı daha bir araşdırma gedir.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, uşaq evinin direktoru Günay Manafova Məhəmmədin məhkəməsində dindirilərkən onu başqa cinayətdə də ittiham edib. Direktor iddia edib ki, Məhəmməd 13 yaşlı oğlan uşağı S.A.ilə yanaşı, başqalarına, o cümlədən 3 yaşlı qız uşağına qarşı da əxlaqsız hərəkətlər edib.

Məhəmməd Hacıyev S.A.-ya təcavüz etməkdə təqsirli bilinərək, 10 il azadlıqdan məhrum edilsə də, hökm çıxarılarkən 3 yaşlı qızla bağlı direktorun dediklərinin araşdırılması üçün material ayrılaraq, prokurorluğa göndərilib.

Onu da qeyd edək ki, 2006-cı il təvəllüdlü Məhəmməd Hacıyevlə bağlı hökmü məşhur hakimlərdən biri olan Rasim Sadıxov çıxarıb. O, yaxın vaxtlarda təqaüdə gedəcək.

Məhəmməd Hacıyev məhkəmədə ifadəsində özünü təqsirli bilməyib, 2023-cü ilin yazında uşaq evindəki özbaşınalıqları sosial şəbəkələrdə yaydığına, televiziya verilişlərindən birində danışdığına görə bu yolla cəzalandırıldığını bildirib.

Gununsesi.info-nun əldə etdiyi başqa bir məlumata görə, uşaq evinin rəhbərliyi budəfəki həbsindən əvvəl Məhəmməd Hacıyevdən oğurluqla bağlı polisə şikayət edib.

Onun haqqında İnzibati Xətalar Məcəlləsinin 227-ci (xrda talama) maddəsi ilə protokol tərtib edilib. Uşaq evinin yataq otağındakı rəfin arxa hissəsini söküb, ona verilmi. 1 elektron üzqırxan aparatı, uşaqlara aid 7 alt paltarını 11 cüt corabı oğurlamaqda ittiham olunan Məhəmmədə həmin vaxt Xətai Rayon Məhkəməsinin qərarı ilə 160 saat ictima işlər cəzası verilib.

Xatırladaq ki, Məhəmməd Eldəniz oğlu Hacıyev valideyn himayəsindən məhrum olduğu və ögey qardaşı tərəfindən küçəyə atıldığı üçün 3 saylı Uşaq Evinə yerləşdirilib və orada böyüyüb.

O, 4-cü sinfə qədər Bakı şəhərindəki 29 saylı tam orta məktəbdə fərdi təhsil alıb. Valideynlərini itirdikdən sonra 4-cü sinfi bitirib, məktəbdən çıxıb və 3 saylı Uşaq Evinə yerləşdirilib. Orada qalan M.Hacıyev müəssisədəki təminatdan şikayət edib. Yaydığı videoda bildirirdi ki, uşaq evində ətin yaxşı hissələrini evlərinə aparırlar, sümük və piyləri bişirib, uşaqlara verirlər.

Bundan sonra o, Uşaq Evinin rəhbərliyinin müraciəti əsasında Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi. Bir müddətdən sonra isə M.Hacıyev xəstəxanadan buraxılmışdı.

Elmar Elnuroğlu

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Sentyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri