Icma.az
close
up
RU
Məhəmməd Əmin Rəsulzadənin oğlunun Bakıda dəfni

Məhəmməd Əmin Rəsulzadənin oğlunun Bakıda dəfni

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AXC-nin qurucusu Məhəmməd Əmin Rəsulzadənin oğlu Azər Rəsulzadənin 1993-cü ildə dəfni ilə bağlı görüntülər yayımlanıb. 

Azpost.info bildirir ki, 1993-cü il iyulun 8-də Qazaxıstanda vəfat edən Azər Rəsulzadənin nəşi  o zaman yenicə Milli Məclisin sədri seçilmiş, prezident səlahiyyətlərini icra edən Heydər Əliyevin sərəncamı ilə Bakıya gətirilib.

Azər Rəsulzadənin oğlu, əməkdar rəssam Raid Rəsulzadə Azpost.info-ya müsahibəsində bu dəfnin detallarını açıqlamışdı. Onun sözlərinə görə,  Həmin vaxt Gəncədə Sürət Hüseynov qiyamı baş vermişdi. Əbülfəz Elçibəy Kələkiyə getmişdi. Respublikaya Heydər Əliyev rəhbərlik edirdi: “Mən Bakıya zəng vurub nəşi gətirmək üçün kömək etmələrini xahiş etdim. Zəng vururam Murtuz Ələsgərova, digərlərinə…Heç kim gedib Heydər Əliyevə demir məlumatı. Axırda AYB səddri Anar demişdi ki, bəs Məhəmməd Əmin Rəsulzadənin oğlu Azər vəfat edib. Heydər  Əliyev əsəbi halda “hələ nəşi gətirməmisiniz?” -deyib və dərhal təyyarə ayrılmasına göstəriş verib. Zəng gəldi ki, hazır olun Bakıdan xüsusi təyyarə gəlir. Nümayəndə heyəti gəldi: Hidayət Orucov, 7-8 nəfər gəlmişdi. Sürgündə atamın tələbəsi olan Murtuz Sadıxov da bizimlə gəldi. Azərbaycan onda MDB-nin üzvü deyildi. Cənazəni sənədləşdirmək problemi yarandı.  Hava limanında şöbə müdiri mənim sinif yoldaşım çıxdı. O məsələni həll elədi. Gətirdik Bakıya. Akademiyada vida mərasimi oldu. Dövlət rəsmiləri gəlmişdi. Təklif elədilər Fəxri Xiyabanda dəfn olunsun. Amma vəsiyyətinə görə Novxanıya, babasının yanında dəfn elədik”.

Onun dəfni ilə bağlı Dövlət Komissiyası yaradılıb. Komissiyanın sədri o zaman dövlət katibi vəzifəsini tutan Lalə -Şövkət Hacıyeva təyin olunub.

Görüntülərdə A.Rəsulzadənin cənazəsinin Yasamalda mənzildən çıxarılaması və dəfni əks olunub. Dəfn mərasimində Dövlət katibi Lalə-Şövkət Hacıyeva, prezidentin müşaviri, yazıçı Hidayət və Bakı şəhəri icra hikmiyyətinin başçısı Rafel Allahverdiyev iştirak edir.

Azər Rəsulzadə Bakının Novxanı kənd qəbiristanlığında, ailə məzarlığında babasının yanında torpağa tapşırılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin ailə üzvlərinin taleyi sovet repressiyalarının ən ağır səhifələrindən biridir. Bu faciəli taleyi yaşayanlardan biri də onun kiçik oğlu Azər Rəsulzadə olub.

Azpost.info-nun təqdim etdiyi tarixi araşdırmada Məhəmməd Əmin Rəsulzadənin oğlu Azər Rəsulzadənin həyat yoluna nəzər salırıq.

Atasını cəmi iki aylıq olarkən gördü

Azər Rəsulzadə 1920-ci il iyunun 15-də Bakının Novxanı kəndində dünyaya gəlib. O, atası Məhəmməd Əmin Rəsulzadənin artıq bolşevik hakimiyyəti tərəfindən həbs olunduğu dövrdə doğulub.

Tarixi mənbələrə görə, Azər atasını cəmi bir dəfə – iki aylıq körpə olarkən görüb. Həmin günlərdə İosif Stalinin göstərişi ilə Məhəmməd Əmin Rəsulzadə Moskvaya aparılarkən ona qısa müddətə ailəsi ilə vidalaşmaq imkanı verilib.

Məhz həmin görüş zamanı Məhəmməd Əmin bəy yeni doğulan oğluna Azər adını verib. Bu, ata ilə oğulun ilk və son görüşü olub.

17 yaşında sürgünə göndərildi

1937-ci ildə SSRİ-də repressiyaların ən ağır dövründə Azər Rəsulzadə də sovet hakimiyyətinin təqiblərinə məruz qalıb.

Cəmi 17 yaşı olarkən o, Qazaxıstana sürgün edilib. Beləliklə, Məhəmməd Əmin Rəsulzadənin oğlu ömrünün 56 ilini doğma Vətənindən uzaqda keçirmək məcburiyyətində qalıb.

Qazaxıstanda müəllim və rəssam kimi çalışdı

Sürgün həyatı Azər Rəsulzadəni ruhdan salmayıb. O, Qazaxıstanda rəssam və pedaqoq kimi fəaliyyət göstərib. İncəsənətə böyük maraq göstərən Azər Rəsulzadənin tar alətində, xüsusilə “Bayatı-Şiraz” muğamını böyük məharətlə ifa etdiyi də xatirələrdə qeyd olunur.

Vətənə son dönüş

Azər Rəsulzadə 1993-cü il iyulun 8-də Qazaxıstanın Karaqanda şəhərində vəfat edib. Müstəqilliyini bərpa etmiş Azərbaycanın rəhbərliyinin qərarı ilə onun cənazəsi doğma vətənə gətirilib. Azər Rəsulzadə Bakının Novxanı kənd qəbiristanlığında, ailə məzarlığında babasının yanında torpağa tapşırılıb.

Repressiyanın simvollarından biri

Azər Rəsulzadənin həyatı sovet repressiyalarının təkcə siyasi xadimləri deyil, onların ailələrini də necə ağır talelərlə üz-üzə qoyduğunu göstərən ən təsirli nümunələrdən biridir.

X.SƏFƏRLİ

https://azpost.info/wp-content/uploads/2026/07/AQPSP8hJyZ6x8Ae9fTjba3a3nD3SK6eG4FjeKQXe-6etDT8nSdEjxYl91SxFiwdJ00JVHcJp2tyWEvkldnFGFrDKPAz3RdsA6CyB2Frocg.mp4

AzPost.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://azpost.info
archiveBu xəbər 25 İyul 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see209

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see186

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see170

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri