Məhəmməd ən çox qoyulan addır Avropada ilk sırada
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məhəmməd adı Avropanın bir sıra böyük şəhərlərində yeni doğulan oğlan uşaqlarına verilən ən populyar addır.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “World of Statistics” statistika xidməti “X” hesabında paylaşıb.
Xidmətin məlumatına görə, Məhəmməd adı ən çox İngiltərənin London və Mançester, Norveçin Oslo, Belçikanın Brüssel, Niderlandın Amsterdam və Haaqa, həmçinin Almaniyanın Berlin şəhərlərində yeni doğulan oğlan uşaqlarına verilir. Məlumatların hansı dövrü əhatə etdiyi açıqlanmayıb.
Böyük Britaniyada qeydə alınmış statistika isə daha diqqətçəkəndir. Belə ki, ölkənin Milli Statistika İdarəsinin məlumatlarına görə, 2024-cü ildə İngiltərə və Uelsdə 5721 körpəyə Məhəmməd adı verilib ki, bu, bir il əvvəlki göstəricidən 23% çoxdur.
Baxış sayı:190
Bu xəbər 13 Fevral 2026 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















