Icma.az
close
up
RU
Məhəmməd Muradlı: “Azərbaycan şahmat tarixinin ən güclü çempionatıdır”

Məhəmməd Muradlı: “Azərbaycan şahmat tarixinin ən güclü çempionatıdır”

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“İlk dəfədir ki, bu sistemlə oynayıram”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin şahmatçısı Məhəmməd Muradlı deyib.

21 yaşlı qrossmeyster Şahmat Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib ki, rəqibi Ümid Aslanovu uşaqlıqdan tanıyır: “Məncə, o da çox yaxşı mübarizə apardı. Əlindən gələni etsə də, təcrübə fərqi öz sözünü dedi. Hər iki oyunun debüt hissəsində üstünlük əldə etdim və yavaş-yavaş inkişaf etdirərək inamlı qələbələr qazandım”.

Muradlı yarışla bağlı proqnoz verməyin çətin olduğunu deyib: “Səhv xatırlamıramsa, Rauf Məmmədov və Şəhriyar Məmmədyarovla klassik oyunda heç vaxt qarşılaşmamışam. Əgər onlarla qarşılaşsam, fikrimcə, bu mənim üçün çox maraqlı olacaq. Aydın Süleymanlının son nəticələrinə baxanda təxmin etmək olur ki, formadadır. Düşünürəm ki, o, yaxşı nəticə göstərəcək. Ancaq kimin favorit olması, yaxud da finala çıxacağını təxmin etmək çox çətindir. Çünki bir səhvlə turnir sona çata bilər. Azərbaycan şahmat tarixinin ən güclü çempionatıdır. Belə olması hamımız üçün sevindirici haldır. Fikrimcə, turnirdə iştirak edən 26 şahmatçının hər biri burada oynamağa layiqdir”.

Qeyd edək ki, hər iki partiyada Ümid Aslanova qalib gələn Məhəmməd Muradlı 1/8 finala yüksəlib. Çempionat fevralın 15-dək davam edəcək.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 Fevral 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri