Məhəmməd Salah Avropada ən çox maaş alan futbolçu ola bilər
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah Fransa çempionu PSJ-yə keçərək Avropada ən çox maaş alan oyunçu ola bilər.
Bu barədə "El Nacional" nəşri məlumat yayıb.
Paris təmsilçisinin prezidenti Nasser Əl-Xelaifi 32 yaşlı hücumçunu transfer etməyə çalışacaq. Klub misirli forvarda ildə 40 milyon avro maaş verməyə hazırdır.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Beləliklə, o, Avropada ən çox məvacib alan futbolçu ola bilər.
Qeyd edək ki, Salah bu mövsüm İngiltərə Premyer Liqasında 12 matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli oyunçunun Mersisayd təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.(Report)

