Məhəmməd Salah, Florian Virts və Leandro Andrade STATİSTİKA İdman və Biz
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
İngiltərədə 15 qol və 11 qol ötürməsi ilə Premyer Liqa üçün unikal nəticəyə imza atan “Liverpul”un forvardı Məhəmməd Salah ümumiyyətlə, Avropanın milli çempionatlarında cari mövsümdə hamının həsəd apardığı nailiyyəti əldə edib.
İdman.biz 2024/2025-ci illər mövsümündə qitə ölkələrinin aparıcı liqalarının qol+ötürmə statistikasını nəzərdən keçirib.
Salah bu aspektdən artıq +11 həddini aşdığı halda, digər çempionatlarda futbolçular ən yaxşı halda hər iki göstəricidə yalnız 7-ni aşa biliblər. Bunu davam edən çempionatlarda 8 futbolçu edib. Mövsümdə 13-dən 20-yə qədər fərqli sayda oyunda meydana çıxan futbolçular arasında Salahdan sonra ən yaxşı nəticə Almaniya Bundesliqasında 13 qolu və 7 ötürməsi olan Omar Marmuşdadır (“Ayntraxt”). Şimali İrlandiyada Coel Kuper (“Linfild”) və Polşada Benyamin Kelmann (“Krakoviya”) 11+7, Xorvatiyada isə Marko Livaya (“Hayduk”) 10+7 göstəricisinə malikdir. +7 olan digər futbolçular Dia Saba (“Makkabi Hayfa”, İsrail, 8+7), Bibras Natxo (“Partizan”, Serbiya, 7+8), Ethan Britto (“Linkoln”, Cəbəllütariq, 7+8 ) və Florian Virtsdir (“Bayer”, Almaniya, 7+7).
Azərbaycan Premyer Liqasında bu baxımdan +5 həddini aşan yeganə futbolçu Leandro Andradedir. “Qarabağ”ın kabo verdeli yarımmüdafiəçi 7 qol vurub, 5 ötürmə verib.
Vüqar Məmmədov
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 26 Dekabr 2024 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















