Icma.az
close
up
RU
Məhəmməd Salah Premyer Liqada yeni rekorda imza atıb

Məhəmməd Salah Premyer Liqada yeni rekorda imza atıb

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Liverpul"un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

"Report" "Squawka" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu buna "Aston Villa"ya qarşı keçirdikləri XIX turun oyununda fərqlənməklə nail olub.

Misirli forvard turnir tarixində bir mövsümdə səfər matçlarında ən çox qol vuran oyunçu adına sahib çıxıb. Səfər qarşılaşmalarında 15 dəfə rəqib qapılarına yol tapan Salah "Liverpul"un sabiq oyunçusu Luis Suaresin (14 qol) 2013/2014 mövsümünə təsadüf edən uğurunu geridə qoyub.

Qeyd edək ki, Məhəmməd Salah cari mövsüm bütün turnirlərdə 37 oyuna çıxıb, 29 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://report.az
archiveBu xəbər 20 Fevral 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri