Məhəmməd Salahın Bayern ə transferi təkzib olundu
Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
Misir milli komandasının direktoru İbrahim Hassanın Məhəmməd Salah barədə verdiyi açıqlama futbol dünyasında geniş əks-səda doğurub.
Fanat.Az xəbər verir ki, "Winwinallsports"un məlumatına görə, Hassan ulduz futbolçunun yayda "Liverpul"dan azad agent kimi ayrılacağını və "Bayern" ilə PSJ-dən təkliflər aldığını eşitdiyini bildirib.
Lakin bu iddialara cavab gecikməyib və "Bayern"in idman direktoru Maks Eberl jurnalist İsmayıl Mahmuda açıqlamasında bu xəbərləri qəti şəkildə təkzib edib.
Eberl "Bavariya"nın misirli hücumçu üçün heç bir rəsmi təklif irəli sürmədiyini xüsusi vurğulayıb.
Beləliklə, Salahın karyerasını Almaniyada davam etdirəcəyi ilə bağlı yayılan şayiələrə son qoyulub.
Bu mövzuda digər xəbərlər:Məhəmməd Salahın ailəsində itki
09 Fevral 2026 20:17
Məhəmməd Salahın gələcəyi sual altında
26 Fevral 2026 12:24
Məhəmməd Salahın qələbə şousu Video
04 İyul 2026 14:26
Məhəmməd Salahın potensial əvəzləyicisi məlum olub
20 Fevral 2026 13:17
Məhəmməd Salahın gənclik FOTOSU görənləri TƏƏCCÜBLƏNDİRDİ
25 Fevral 2026 09:57
Baxış sayı:107
Bu xəbər 31 Mart 2026 23:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















