Məhəmməd Yunus İlham Əliyevi ölkəsinə dəvət etdi Yenilənib
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Prezident İlham Əliyev Banqladeş Xalq Respublikası Müvəqqəti Hökumətinin Baş müşaviri Məhəmməd Yunus ilə görüşüb.
Yeniavaz.com xəbər verir ki, Azərbaycana əvvəlki səfərini məmnunluqla xatırlayan Məhəmməd Yunus Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlığını qeyd edərək, Mərkəzin tədbirlərində yaxından iştirakını vurğulayıb.
Azərbaycanın mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini deyən qonaq COP29-un qısa müddətdə uğurla təşkil edilməsi münasibətilə dövlət başçısına təbriklərini çatdırıb. O, Banqladeşdən olan tələbələrə Azərbaycanda təhsil imkanı, ölkəmizlə təcrübə mübadiləsinin aparılması, 4-cü sənaye inqilabı və rəqəmsal sahədə əməkdaşlıq məsələlərini qeyd edib.
Məhəmməd Yunus Azərbaycan Prezidentini Banqladeşə rəsmi səfərə dəvət edib.
Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirib.
Dövlət başçısı Azərbaycanın COP29-u qısa müddətdə təşkil etdiyini deyərək COP-a sədrliklə bağlı ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasına toxunub.
Söhbət zamanı ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, siyasi məsləhətləşmələr mexanizminin gücləndirilməsi və beynəlxalq təşkilatlarda əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, Azərbaycanın ASAN və DOST təcrübəsinin Banqladeş ilə bölüşməsi məsələsi qeyd edilib.
***10:03
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 14-də Banqladeş Xalq Respublikası Müvəqqəti Hökumətinin Baş müşaviri Məhəmməd Yunus ilə görüşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bu mövzuda digər xəbərlər:İlham Əliyev Məhəmməd Yunus ilə görüşdü YENİLƏNİB
14 Noyabr 2024 13:07
Putin İlham Əliyevi Moskvaya DƏVƏT ETDİ YENİLƏNİB
15 Mart 2025 20:16
Aleksandr Stubb Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib
11 Noyabr 2024 17:02
Həmkarları İlham Əliyevi təbrik etdi YENİLƏNİB
20 Dekabr 2024 16:49
İlham Əliyevi təbrik etdilər Yenilənib
20 May 2025 17:25
Baxış sayı:137
Bu xəbər 14 Noyabr 2024 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















