Icma.az
close
up
RU
Məhərrəm ayında nələri etmək olmaz? SİYAHI

Məhərrəm ayında nələri etmək olmaz? SİYAHI

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bu gündən Azərbaycanda Məhərrəm ayı başlayır. İslam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri-qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ayı kimi qeyd olunur.
Məhərrəm ayının ən önəmli günü hesab edilən Aşura günü isə 25 iyuna təsadüf edəcək. Həmin gün hicri təqvimi ilə 10 Məhərrəm - İmam Hüseynin (ə) Kərbəla çölündə şəhadətə çatdığı gündür, matəm və hüzn içində yad edilir.
Hər bir müsəlmanın ehtiram etdiyi bu ayda nə etmək olar?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan dinşünas Tural İrfan deyib ki, islam dininə görə Məhərrəm ayında Peyğəmbər ənənənə uyğun olaraq müvafiq günlərdə iki yaxud üç gün oruc tutmaq, şəhid edilmiş İmam Hüseynin, yaxınlarının xatirəsini dinə, şəriətə və şəraitə uyğun şəkildə yad etmək, digərlərinin də bu hadisədən ibrət alması üçün olayın ibrətamiz yönlərini təbliğ etmək, Əhli Beytin, İmam Hüseynin və şəhid olmuş səhabələrinin ruhları üçün dua etmək, onları xatırlamaq lazımdır:
“Bundan əlavə, mümkün qədər insanı axirətə yox, dünyaya bağlayan əməllərdən, şənliklərdən çəkinmək, daha çox səbr və düşüncəyə üstünlük vermək, ehsan vermək, şərbət paylamaq, ehtiyaclı xəstələrə, qocalara dəstək göstərmək, sədəqə verib savabını Kərbəla şəhidlərinə hədiyyə etmək olar”.
Bəs Məhərrəm ayında nələri etmək olmaz?
Müsahibimiz bildirib ki, zəncir vurmaq, baş yarmaq yaxud digər əzalarını qanatmaq, müxtəlif yollarla cana xəsarət yetirmək, özünü döymək, ələm düzəltmək, onu gəzdirmək, qola qara bağlamaq, məscidləri qara rəngə salmaq, gəcavə, "Qasım otağı" düzəltmək, nəzir, pul yığmaq olmaz:
“Həmçinin Quran oxuyub dua etmək əvəzinə süni şəkildə insanları ağlatmaq üçün mərsiyələr, Əhli-Beytin şəninə yaraşmayan uydurma rəvayətlər söyləmək, sabun işlətməmək, çimməmək, Kərbəla hadisəsini təhrif edərək onun mahiyyətini siyasi yaxud digər məcralara yönəltməyə cəhd etmək, mərasimlərin istiqamətini dini-mənəvi ibarət alma, yad etmə hədəfindən yayındırıb hansısa ictimai prosesə dəstək yaxud baykot aksiyasına çevirmək, məscidlərdə "Yasin alveri" etmək qətiyyən olmaz. Bu qeyd olunanlar ümumi islam və Quran meyarına, Peyğəmbər ənənəsinə əsasəndir”.
Qeyd edək ki, Məhərrəm ayı iyulun 14-də başa çatacaq.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 İyun 2026 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri