Məhkəmə Azər Qasımlı ilə bağlı şikayəti təmin etməyib
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub. Məhkəmə şikayəti təmin etməyib, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar dekabrın 8-də polis tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.
Yasamal rayon Məhkəməsində onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verdi
25 İyun 2025 19:14
Məhkəmə Azər Qasımlı ilə bağlı QƏRAR VERDİ
15 Yanvar 2025 15:28
Azər Qasımlı barəsində cinayət işi məhkəmə baxışına verilib
02 İyul 2025 12:59
Məhkəmə Azər Qasımlı barəsində qərar verdi Həbs müddəti uzadıldı
03 Aprel 2025 11:29
Azər Qasımlı saxlanıldı
08 Dekabr 2024 11:55
Baxış sayı:100
Bu xəbər 13 Dekabr 2024 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















