Məhkəmə çevriliş cəhdini sübut edərsə, Braziliyanın keçmiş prezidenti həbs olunacaq
Icma.az bildirir, Oxumeni.az saytına əsaslanaraq.
Braziliyanın Ali Məhkəməsi Bolarosonu mühakimə edəcək. O, həbs cəzası ala biləcək dövlət çevrilişinə cəhddə ittiham olunur. Bu barədə Reuters agentliyi xəbər verir.
Agentliyin məlumatına görə, Bolsonaro 2022-ci il seçkilərində uduzduqdan sonra hökuməti devirmək planı hazırlamaq ittihamı ilə mühakimə olunacaq. Çərşənbə günü Ali Məhkəmənin beş hakimdən ibarət kollegiyası yekdilliklə sabiq prezidentin mühakimə olunmasına qərar verib.
Bolsonaro təqsirli bilinərsə, onu uzunmüddətli həbs cəzası gözləyir.Məhkəmənin bu ilin sonunda olacağı gözlənilir. Ali Məhkəmənin qərarından qısa müddət sonra Bolsonaro Braziliyada mətbuat konfransı keçirdi. O, məhkəməni özünə qarşı "ciddi və əsassız ittihamlar"irəli sürməkdə günahlandırıb.
“Görünür, onların mənə qarşı şəxsi nəsələri var”, o, hakimləri nəzərdə tutaraq deyib.
Çərşənbə günü açılış çıxışında işə nəzarət edən hakim Alexandre de Moraes Bolsonaro tərəfdarlarının hökumət binalarına basqın etməsinin görüntülərini nümayiş etdirdi. Bu zorakılıq səhnələri 2023-cü ilin yanvarında prezident Luiz İnasio Lula da Silvanın andiçmə mərasimindən cəmi bir həftə sonra baş verdi. Moraes zorakılıqları Bolsonaronun uduzduğu seçkiləri gözdən salmaq və daha sonra yüksək rütbəli hərbçilərin və nazirlər kabinetinin dəstəyi ilə hakimiyyəti devirmək üçün etdiyi “sistemli səy”in nəticəsi adlandırıb.
Əziz Mustafa, Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 27 Mart 2025 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















