Məhkəmə Donald Trampın Harvard Universiteti ilə bağlı qadağasını BLOKLADI
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Boston federal hakimi ABŞ Prezidenti Donald Trampın Harvard Universitetində təhsil almaq və ya mübadilə proqramlarında iştirak etmək istəyən xarici vətəndaşların ABŞ-yə girişini qadağan edən qərarının icrasını müvəqqəti olaraq dayandırıb.
Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən məlumat yayıb.
Hakim belə nəticəyə gəlib ki, Donald Trampın son altı ay ərzində xarici vətəndaşların Harvardda təhsil almaq üçün ABŞ-yə girişini yasaqlayan göstərişi "dərhal və bərpaolunmaz zərər" törədə bilər.
Xatırladaq ki, mayın 23-də Donald Tramp Harvard Universitetinin xarici ölkələrdən tələbə qəbul etməsi üçün verilən icazəni dayandırıb. D.Tramp sərəncamını Harvard Universitetində təhsil almaq məqsədilə ABŞ-yə gəlmək istəyən xarici vətəndaşların milli təhlükəsizliyə təhdid yaratması ilə əsaslandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 06 İyun 2025 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















