Məhkəmə Əli Kərimli barədə yeni qərar verdi
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) hazırda həbsdə olan sədri Əli Kərimli yenidən hakim qarşısına çıxarılıb.
"Cebheinfo.az" “Yeni Sabah”-a istinadən xəbər veirr ki, Bakı Apellyasiya Məhkəməsi onun həbs müddətinin 4 ay uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayətinə baxıb.
Şikayət təmin olunmayıb və Ə.Kərimli həbsdə saxlanılıb.
Bakı Apellyasiya Məhkəməsi eyni zamanda AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimlinin həbs müddətinin 4 ay uzadılması barədə qərardan verilən şikayətə baxıb. Şikayət təmin olunmayıb.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) noyabrın 29-da AXCP sədri Ə.Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi saxlayıb. Səbail Rayon Məhkəməsi dekabrın 1-də onların hər biri barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçib. Fevralın 9-da Səbail Rayon Məhkəməsi Ə.Kərimli və M.İbrahimin həbs müddətinin 4 ay müddətinə uzadılması haqqında qərar verib.
Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham edilirlər. Hər iki şəxs Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev barəsində başladılan cinayət işi çərçivəsində həbs olunublar.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:81
Bu xəbər 16 Fevral 2026 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















