Icma.az
close
up
RU
Məhkəmə Əli Kərimliyə qarşı humanistlik göstərdi ANALİZ

Məhkəmə Əli Kərimliyə qarşı humanistlik göstərdi ANALİZ

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

"Yurd" şefi məhkəmə heyətinə təşəkkür etmək əvəzinə dövlətə qarşı ənənəvi qarayaxma kampaniyası aparır

AXCP Nəzarət Təftiş Komitəsinin sədri Aydın Əliyevin partiya sədri Əli Kərimliyə qarşı qaldırılmış xüsusi ittiham qaydasında cinayət işi yekunlaşıb. Nəsimi rayon məhkəməsinin hakimi Babək Pənahovun çıxardığı hökmlə Əli Kərimli Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə təqsirli bilinib və 1500 manat cərimələnib. Hər iki tərəf qərardan narazı olduğu müşahidə edilir. Belə ki, Aydın Əliyev Əli Kərimlinin 6 aydan 2 ilə qədər azadlıqdan məhrum edilməsini istəmişdir. Məhkəmə isə Azərbaycanın hüquqi dövlət quruculuğuna sadiq olması və insan azadlıqlarının müdafiəsinə xüsusi diqqət ayırması səbəbindən A.Əliyevin iddiasını qismən təmin etməklə, həm də böyük humanistlik göstərərək Əli Kərimlini azadlıqdan məhrum etməmiş və 1500 manat cərimə ilə kifayətlənmişdir. Ə.Kərimli və ətrafı isə məhkəmənin xeyirxah davranışını və humanist qərarını alqışlayıb, məhkəmə heyətinə təşəkkür etmək əvəzinə dövlətə qarşı ənənəvi qarayaxma kampaniyası aparırlar. Niyə Ə.Kərimli məhkəməni humanist öz əxlaqına uyğun dəyərləndirir? Sualı cavablandırmazdan əvvəl qeyd etmək lazımdır ki, bizimlə söhbətində məhkəmə iddiasını onunla əsaslandırmışdır ki, Ə.Kərimli Sevinc Osmanqızının, Q.Zahidovun və digər xaricdəki azərbaycanlı mühacirlərin yaratdıqları internet TV-lərdə onun şərəf və ləyaqətini təhqir edib: "Əli Kərimli sözdə demokratiyadan, söz azadlığından danışır, əməldə isə partiya daxilində sərt diktatura rejimi yaradıb. Açıq fikir söyləyənlər, demokratik idarəetmə tələb edənlər sərt şəkildə cəzalanırlar".

Aydın Əliyev vəkili ilə məsləhətləşmələr aparır

Aydın Əliyevin Ə.Kərimliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia haqlı və əsaslıdır. Azərbaycan qanunvericiliyinə görə də hər bir ölkə vətəndaşı razılaşmadığı və ya üzləşdiyi hər hansı bir problemin məhkəmə qaydasında baxılıb qərar verilməsi üçün məhkəməyə müraciət etmək hüququ var. Özünü ixtisasca hüquqşünas hesab edən Ə.Kərimli bunu bilməmiş deyil. A.Əliyev Azərbaycan Respublikası qanunlarının ona verdiyi imkandan istifadə edib. Yəni ölkə vətəndaşı olaraq Ə.Kərimlinin ona qarşı haqsız davranışı, kobud rəftarı, təhqir və tənqidlərini əsassız hesab edərək məhkəməyə müraciət edib. Bu onun hüququdur. Nəsimi rayon məhkəməsinin çıxartdığı qərarla razı olub-olmaması isə onun atacağı növbəti addımlardan sonra məlum olacaq. Hələlik isə görünən ondan ibarətdir ki, A.Əliyev vəkili ilə məsləhətləşmələr aparır. Bunun fonunda Ə.Kərimlinin və ətrafındakı trolların A.Əliyevi "hakimiyyətin adamı", "hakimiyyətin sifarişlərini yerinə yetirən şəxs" kimi təqdim edib, sosial şəbəkələrdə hay-küy qaldırmaq, savadsızlığın və bədbəxt durumda olmağın nəticəsidir.Qərarın elan olunduğu dəqiqədən məhkəmə önündə iğtişaş törətməkdən çəkinməyən və jurnalistlərin önündə şər və böhtanlar səsləndirməklə kifayətlənməyən Ə.Kərimli və ətrafında olan trollar sosial şəbəkələrə çıxaraq əsassız iddialar və ittihamlarla çıxış edirlər. Bildirirlər ki, guya A.Əliyevin iddiası əsassız olub və bu baxımdan da Ə.Kərimliyə bəraət verilməli idi. Digər trollar, xüsusilə Ayaz Məhərrəmli, Fuad Qəhrəmanlı, Seymur Həzi, İlham Hüseyn və digərləri isə bozbaş fars mollalarısayağı mövqe ortaya qoyaraq iddia edirlər ki, guya məhkəmə əvvəl Ə.Kərimlini həbs etmək istəyib, lakin sonradan beynəlxalq təzyiqlərin olacağından ehtiyat edərək, iş 1500 manat cərimə ilə yekunlaşıb. Başqa sərsəmələr, axmaqsayağı ifadələr, hətta şou və məzhəkə xarakterli ifadələr də səsləndirilib, statuslar paylaşılıb. Elə təqdim etməyə çalışırlar ki, sanki Ə.Kərimli cəmiyyət də reytinqi olan və böyük sosial bazaya malik partiyanın sədridir. Halbuki Ə.Kərimlinin rəhbərlik etdiyi partiya siyasi arenada ən zəif və cəmiyyətdə gedən ictimai -siyasi proseslərdə geridə qalan, bəzən mövcudluğu heç nə ilə hiss olunmayan partiyadır. Səbəbidə Ə.Kərimlinin səhv və yanlış siyasət aparmasıdır.

Əli Kərimlini fəlakətli siyasi sonluq gözləyir

AXCP-nin bir növ Ə.Kərimlinin şəxsi firması kimi fəaliyyət göstərdiyini desək, səhv etmərik. Çünki partiyada qərarlar və atılan addımlar Ə.Kərimlinin istəyi ilə atılır. Etiraz bildirən, narazılıq edənlər AXCP sıralarından xaric edilirlər. A.Əliyevlə Ə.Kərimli arasında bir qədər əvvəl baş tutan və birincinin xeyrinə başa çatan məhkəmə çəkişməsi də Ə.Kərimlinin hegemonluğundan yaranmışdır. Ə.Kərimli partiyada müstəqil mövqeyi və fəaliyyəti ilə seçilən A.Əliyevin NTK-nın sədri seçilməsi ilə razılaşmayaq ona qarşı kampaniya aparmış və sonda "qəlib" gəlmişdir. Bununla bağlı fikirlərini bizimlə bölüşərkən A.Əliyev bildirdi ki, onun 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına üzv, sonra isə sədr seçilməsi Ə.Kərimlinin ürəyincə olmayıb: "Ə.Kərimli bütün imkanları ilə mənə partiya nizamnaməsinin tələblərinə uyğun olaraq fəaliyyət göstərməyimə imkan verməyib. Nəhayət, AXCP Ali Məclisinin Rəyasət Heyətinə təzyiqlər etməklə 10 iyun 2019-cu ildə məni partiya sıralarından xaric edib. AXCP Ali Məclisinin Rəyasət Heyətinin qərarı ilə razılaşmayaraq yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunmağımla bağlı Nəsimi rayon Məhkəməsində iddia qaldırdım. Məhkəmə 2020-ci ilin iyun ayında iddiamı təmin etdi. Əli Kərimli həmin qərardan şikayət versə də, Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etmədi. Əli Kərimli məhkəmə qərarından sonra mənimlə görüşdü və söz verdi ki, NTK sədri kimi normal fəaliyyət göstərməsi üçün ona hər cür şərait yaradılacaq. Hətta mənimlə görüş əsnasında partiyanın təşkilat şöbəsinə də zəng edib, göstərişlər verdi. Lakin sonradan sözünün üstündə durmadı. NTK-nın üzvləri çağırılan toplantılara gəlmədilər. Bu məsələ də Ə.Kərimlinin göstərişi olduğu şübhəsizdir. Bu azmış kimi partiyanın növbəti qurultayı keçirilən zaman kobud nizamnamə pozuntularına yol verildi. Mən buna etiraz etdikdə Ə.Kərimlinin göstərişi əsasında məni fitə basdılar, təhqir etdilər. Mən isə səbirli oldum və qurultayın nəticələrinin ləğv edilməsi və növbəti qurultayın keçirilməsi barədə məhkəmədə iddia qaldırdım. Təşəkkür edirəm ki, məhkəmə mənim iddiamı təmin etdi".Bir sözlə görünən fakt ondan ibarətdir ki, A.Əliyev üzləşdiyi haqsızlığı hüquqi müstəvidə həll etməyə çalışır. Ə.Kərimli isə hay-küy qaldırmaq, şər və böhtanlar səsləndirmək, xaricdəki ermənipərəst dairələrə üz tutmaqla nəyəsə nail olmağa cəhd göstərir. Ona görə də Ə.Kərimli uzun illərdir ki, uğursuzluq zolağından çıxa bilmir. Mövcud kurs dəyişməsə Ə.Kərimlini fəlakətli siyasi sonluq gözləyir.

İLHAM ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Dekabr 2024 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see186

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see150

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see137

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri