Icma.az
close
up
RU
MƏHKƏMƏ HAKİMLƏRİ BARƏDƏ YENİ QANUN QƏBUL OLUNDU

MƏHKƏMƏ HAKİMLƏRİ BARƏDƏ YENİ QANUN QƏBUL OLUNDU

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclis hakimlərin xidməti vəsiqəsinin nümunəsini Məhkəmə-Hüquq Şurasının təsdiq və təqdim edəcəyi haqqında dəyişiklikləri son oxunuşda qəbul edib.

Mia.az xəbər verir ki, bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlara dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Qeyd olunub ki, qanun layihəsi məhkəmə hakimiyyətinin müstəqilliyi, habelə məhkəmə hakimiyyətinin özünüidarə orqanı kimi Məhkəmə-Hüquq Şurasının statusu və səlahiyyətləri nəzərə alınmaqla hakimin xidməti vəsiqəsinin təsvirinin və nümunəsinin təsdiq edilməsi, habelə həmin xidməti vəsiqələrin təqdim olunmasının vahid formada Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilməsi məqsədilə hazırlanıb.

Məlum olduğu kimi, 1999-cu il 22 iyun tarixli 691-IQ nömrəli qanunla təsdiq edilmiş "Hakimlərin xidməti vəsiqəsi haqqında Əsasnamə" ilə hakimlərin xidməti vəsiqəsinin təsviri və vəsiqədə göstərilən məlumatlar müəyyən edilib. Eyni zamanda, "Məhkəmə-Hüquq Şurası haqqında" qanunda 2011-ci il iyunun 10-da edilmiş dəyişikliklərə əsasən hakimlərin vəsiqələrinin nümunələrinin təsdiq edilməsi Məhkəmə-Hüquq Şurasının vəzifələrinə aid edilib.

Sənəddə qeyd edilib ki, bununla əlaqədar olaraq, hakimlərin xidməti vəsiqələrinin nümunələri "Hakimlərin xidməti vəsiqəsi haqqında Əsasnamə"nin tələblərinə uyğun olaraq Məhkəmə-Hüquq Şurasının 2012-ci il 10 fevral tarixli qərarı ilə təsdiq edilib.

Bununla belə, hakimlərin vəsiqələrinin nümunələri Şura tərəfindən təsdiq edilsə də, yuxarıda qeyd edilən Əsasnamə qüvvədə olduğundan faktiki olaraq Şura həmin Əsasnamədə vəsiqələrə dair müəyyən edilmiş tələblərdən kənara çıxa bilməyib.

Vurğulanıb ki, məhkəmə instansiyalarından asılı olaraq hakim vəsiqələrinin təqdim edilməsi qaydasında mövcud olan fərqlər aradan qaldırılmayıb.

Qeyd olunanlara əsasən, layihədə hakimlərin xidməti vəsiqəsinin nümunəsinin Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilməsi və Məhkəmə-Hüquq Şurasının sədri tərəfindən təqdim edilməsi müəyyən edilir. Buna uyğun olaraq, layihədə "Hakimlərin xidməti vəsiqəsi haqqında" qanunun və həmin qanunla təsdiq edilən eyniadlı Əsasnamənin ləğvi təklif olunur.

Xatırladaq ki, qüvvədə olan qanuna əsasən hakimlərin xidməti vəsiqələrinin nümunələri Milli Məclis tərəfindən müəyyən edilirdi.

Sənəddə qeyd edilib ki, eyni yanaşma prokurorluq işçilərinin xidməti vəsiqələrinə münasibətdə də tətbiq olunub. Belə ki, "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında" qanun və həmin sənədlə təsdiq edilən eyniadlı Əsasnamə ləğv edilib, prokurorluq işçilərinin xidməti vəsiqəsinin nümunəsinin Azərbaycanın Baş prokuroru tərəfindən təsdiq edilməsi müəyyən olunub.

Sənəd layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://mia.az
archiveBu xəbər 23 Dekabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see379

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see364

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see323

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see290

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see282

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see229

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see228

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see224

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see204

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see204

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see192

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see190

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see189

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see184

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see184

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see175

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri