Məhkəmə Hüquq Şurası: Hakimlər üçün test imtahanı sentyabrda keçiriləcək
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hakimlərin Seçki Komitəsi tərəfindən hakim ştatlarının yüksək hazırlıqlı hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə hakim vəzifəsinə namizədlərin şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi davam etdirilir.
Məhkəmə Hüquq Şurasından AZƏRTAC-a bildirilib ki, namizədlərin seçimində çevikliyin təmin edilməsi, habelə onların imtahanlara hazırlaşmalarına şəraitin yaradılması məqsədilə müsabiqənin ilkin mərhələsi olan test imtahanının cari ilin sentyabr ayının 21-də keçirilməsi qərara alınıb.
Namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına köməklik məqsədilə imtahan suallarına dair annotasiyanı, habelə imtahan qaydalarını, namizədlərin imtahanla bağlı vəzifələrini və imtahan suallarının nümunələrini özündə əks etdirən “Hakim vəzifəsinə namizədin yaddaş kitabçası” Şuranın rəsmi internet səhifəsində (jlc.gov.az) yerləşdirilib.
İmtahanla bağlı buraxılış vərəqələrinin təqdim olunması və digər aidiyyəti məsələlərə dair əlavə məlumat veriləcək.
Sənədlər Hakimlərin Seçki Komitəsi tərəfindən bütün iş günləri ərzində, o cümlədən elektron poçt ([email protected]) ünvanı vasitəsilə qəbul edilir.
Hakim olmaq istəyən hüquqşünaslar sənədlərini təqdim edə bilərlər.
Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 25 Fevral 2025 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















