Məhkəmə Hüquq Şurasına yeni səlahiyyət verilir
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hakimlərin xidməti vəsiqəsinin təsvirinin və nümunəsinin təsdiqi, habelə həmin xidməti vəsiqələrin təqdim olunması vahid formada Məhkəmə-Hüquq Şurasına həvalə edilir.
"Unikal" xəbər verir ki, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara dəyişiklik təklif olunur.
Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.
Qeyd olunub ki, qanun layihəsi məhkəmə hakimiyyətinin müstəqilliyi, habelə məhkəmə hakimiyyətinin özünüidarə orqanı kimi Məhkəmə-Hüquq Şurasının statusu və səlahiyyətləri nəzərə alınmaqla hakimin xidməti vəsiqəsinin təsvirinin və nümunəsinin təsdiq edilməsi, habelə həmin xidməti vəsiqələrin təqdim olunmasının vahid formada Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilməsini ehtiva edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 18 İyun 2025 19:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















