Məhkəmə icazə verdi Süni pendir hazırlanacaq
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İsveçrədə məşhur pendir növü ilə bağlı maraqlı qərar qəbul olunub. Məlumata görə, Emmental pendirinin əsas fərqləndirici xüsusiyyəti olan “deşiklər” son illərdə azalmağa başlayıb.
Buna səbəb kimi süd istehsalında avtomatlaşmanın artması və yüksək gigiyena standartları göstərilir.
Əvvəllər süd əl ilə sağılarkən onun tərkibinə saman kimi xırda təbii hissəciklər qarışırdı. Bu hissəciklər isə pendirdə deşiklərin yaranmasına səbəb olan bakteriyaların inkişafını stimullaşdırırdı. Müasir texnologiyalar isə bu “təbii təsiri” demək olar ki, tam aradan qaldırıb.
Problemin həlli üçün İsveçrə Emmental Birliyi məhkəməyə müraciət edib. Qərara əsasən, pendirdə ənənəvi görünüşü bərpa etmək üçün xüsusi üsuldan istifadə etməyə icazə verilib.
Daha sonra İsveçrə Federal Kənd Təsərrüfatı Nazirliyi orqanik saman çiçəklərindən əldə olunan xüsusi tozun istifadəsini təsdiqləyib. Bu toz pendirdə deşiklərin əmələ gəlməsinə kömək edən bakteriyaların inkişafını dəstəkləyir.
Pendiri istehsal edənlər qərarı müsbət qarşılayıb. Usta pendir istehsalçısı Andreas Brunner bildirib ki, son illərdə deşiklərin sayı ciddi şəkildə azalmışdı və yeni üsul bu problemi aradan qaldırmağa kömək edir. Onun sözlərinə görə, hər 600 kilo pendir üçün çox az miqdarda bu tozdan istifadə etmək kifayət edir və nəticədə pendirin klassik görünüşü bərpa olunur.
Aytən
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Məhkəmə Trampa miqrantların deportasiyasına icazə verdi
30 Sentyabr 2026 08:49
Məhkəmə Durova Fransanı tərk etməyə icazə verdi
13 Noyabr 2025 18:54
Azərbaycan məhkəmə sistemində süni intellekt dövrü başlayır
01 Aprel 2025 16:44
Türkiyənin məhkəmə sistemində süni intellektdən istifadə artırılır
27 Yanvar 2025 13:51
İLK: Məhkəmə süni intellektə etibar etdi və...
03 İyul 2026 09:04
Baxış sayı:111
Bu xəbər 08 Aprel 2026 11:07 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları