Məhkəmə keçmiş bələdiyyə sədri ilə bağlı qərar verdi
Icma.az bildirir, Bakupost portalına istinadən.
Şirvan Apellyasiya Məhkəməsində Lənkəran bələdiyyəsinin keçmiş sədri Aygün Mirzəyevayanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Bakupost.az xəbər verir ki, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Qeyd: A.Mirzəyeva Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü (Mənimsəmə və ya israf etmə şəxs tərəfindən öz işindən istifadə edərək törədildikdə),179.2.4-cü (Mənimsəmə və ya israf etmə xeyli ziyan vurmaqla törədildikdə), 308.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitdən təyinatı üzrə istifadə edilməməsi) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub.
Lənkəran Rayon Məhkəməsinin hökmü ilə o, üç il müddətə azadlığın məhdudlaşdırılması, üç il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasına məhkum edilib.
Baxış sayı:97
Bu xəbər 01 Dekabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















