Icma.az
close
up
RU
Məhkəmə Mur Ay şirkətinin dələduzluq edən əməkdaşları ilə bağlı qərarı ləğv etdi

Məhkəmə Mur Ay şirkətinin dələduzluq edən əməkdaşları ilə bağlı qərarı ləğv etdi

Icma.az bildirir, Pravda.az portalına istinadən.

Ali Məhkəmədə "Mur-Ay" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dələduzluqda təqsirləndirilən sədri Elxan Hüseynov, sədr müavini Sultanov Bəybala Qabil oğlu, "Azərbaycan" Nəşriyyatında direktor müavini vəzifəsində işləmiş Məmmədbəyli Qalib Məmməd oğlu və digərlərinin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsinin qərarı tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Qeyd: Baş Prokurorluğun bir neçə il əvvəl yaydığı məlumata əsasən, "Mur-Ay" MMC-nin sədri Hüseynov Elxan Balaxan oğlu, "Azərbaycan" Nəşriyyatında direktor müavini vəzifəsində işləyən Məmmədbəyli Qalib Məmməd oğlu və qeyrilərinin qabaqcadan əlbir olub mütəşəkkil dəstə yaradaraq, cəmiyyət tərəfindən Bakı şəhəri, Yeni Yasamal massivində inşa edilən yaşayış binalarındakı mənzilləri bir neçə dəfə ayrı-ayrı şəxslərə satmaqla külli miqdarda pul vəsaitlərini ələ keçirərək Bakı şəhəri sakini Quliyeva Elmira Tofiq qızı və başqalarına qarşı dələduzluq etmələri faktı üzrə 4 noyabr 2010-cu il tarixdə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə 820 vətəndaş dindirilərək zərərçəkmiş şəxs qismində tanınıb, məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınıb, iş üzrə müvafiq sorğular verilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

Bundan başqa, Səbail Rayon Məhkəməsinin qərarı ilə cəmiyyət tərəfindən vergi qanunvericiliyinə əməl edilməsi vəziyyətinin yoxlanılması Vergilər Nazirliyinə həvalə edilib. 14 fevral 2011-ci il tarixdə mütəşəkkil dəstənin üzvləri "Azərbaycan" Nəşriyyatında direktor müavini vəzifəsində işləmiş Məmmədbəyli Qalib Məmməd oğlu, "Mur-Ay" MMC-nin sədr müavini Sultanov Bəybala Qabil oğlu, "Mur-Ay" MMC-də mühasib vəzifəsində işləyən Muxtarov Novruz Şükür oğlu, cəmiyyətin direktoru Elxan Hüseynovun qeyri-rəsmi köməkçisi işləmiş Söhbətov Vaqif Mehdixan oğlu, cəmiyyətdə satış üzrə menecer işləyən Ağayev Səhriyar Meyxoş oğlu, Səfərov Seyfəddin Ədalət oğlu və şirkətin sədri Elxan Hüseynov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Məhkəmə hökmü ilə Elxan Hüseynov 15, Qalib Məmmədbəyli 10, Bəybala Sultanov 13, Seyfəddin Səfərov 10, Şəhriyar Ağayev 11, Vaqif Söhbətov 12, Novruz Muxtarov 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

Bir neçə ildən sonra həmin şəxslərdən bir neçəsi məhkəməyə müraciət edib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://pravda.az
archiveBu xəbər 30 Aprel 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran İsrail və ABŞ a rəsmən müharibə elan etməyə hazırlaşır

13 İyun 2025 10:26see321

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see281

İran hücumun olacağını bilirdi? Hədəf Xameneidir, yaxın günlərdə...

13 İyun 2025 08:15see239

İsrail İran münaqişəsi Azərbaycana necə təsir edəcək? ŞƏRH

13 İyun 2025 11:24see169

Tehranın şimal qərbində partlayış baş verdi

13 İyun 2025 20:53see168

İsrail Təbrizi vurdu VİDEO

13 İyun 2025 08:33see146

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see145

SON DƏQİQƏ: İranın vurulan əsas nüvə obyektinin peyk görüntüləri yayıldı FOTO KONKRET

13 İyun 2025 16:29see144

Mümkün müharibədə kim qələbə qazanar? İran və İsrailin hərbi gücü FOTOlar

13 İyun 2025 22:57see139

İrana “önləyici zərbə” endirilib

13 İyun 2025 07:52see137

İsrail İranda bir sıra təxribat əməliyyatları həyata keçirdi Axios

13 İyun 2025 06:55see134

Tramp: İran rəsmiləri nüvə sazişi bağlamaq üçün zəng edir

13 İyun 2025 20:09see133

İsrail İran münaqişəsi fonunda Azərbaycanda saxta xəbərlər yayılır Rəsmi

13 İyun 2025 14:51see122

Meşələrin İnkişafı Xidmətinin sabiq əməkdaşlarına hökm oxunub

13 İyun 2025 19:56see120

Yəmən İsrailə raket hücumuna başladı

13 İyun 2025 22:41see118

Bu səhər vərdişi ürəyiniz üçün təhlükəlidir: kardioloqlardan həyəcan siqnalı verdi

14 İyun 2025 03:15see116

İranın Baş Qərargah rəisinin iki müavini İsrail hava zərbələri zamanı həlak olub

14 İyun 2025 11:31see115

D vitamini analizini kimlər nə üçün verməlidir?

13 İyun 2025 11:24see114

İranın Baş Qərargahnın AZƏRBAYCANLI RƏİSİ rəisi öldürüldü

13 İyun 2025 08:02see114

ASAN xidmət və ASAN kommunal mərkəzləri bu tarixlərdə işləməyəcək

13 İyun 2025 10:33see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri