Məhkəmə Puqaçovaya qarşı 1,5 milyardlıq tələbi rədd etdi
Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Moskvanın Savelovski Məhkəməsi Rusiyanı üç il əvvəl tərk edən Xalq artisti Alla Puqaçova ilə bağlı qərar verib.
Axşam.az xəbər verir ki, məhkəmə vəkil və Əfqanıstan müharibəsi veteranı Aleksandr Treşşovun müğənniyə qarşı qaldırdığı 1,5 milyard rublluq (30 milyon manatdan çox) iddianı rədd edib.
Qeyd edək ki, şikayətə səbəb Puqaçovadan sonuncu qalmaqallı müsahibəsində Cövhər Dudayevi tərifləməsi olub.
C.Dudayev çeçen hərbçisi, siyasətçisi, dövlət xadimi, Aviasiya general-mayoru, çeçenlərin SSRİ ordusunda tarixi boyu yeganə generalı və İçkeriyanın ilk prezidenti olub.
Puqaçova müsahibəsində C.Dudayev haqqında müsbət fikirlər səsləndirərək onu “layiqli, hörmətli və ağıllı” adlandırmışdı. Bu açıqlamalardan sonra müğənniyə qarşı iddia qaldırılıb və buna görə ondan 1,5 milyard rubl tələb olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 24 Sentyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















