Icma.az
close
up
RU
Məhkəmə qalmaqallı müəllimin iddiasını TƏMİN ETMƏYİB

Məhkəmə qalmaqallı müəllimin iddiasını TƏMİN ETMƏYİB

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

İmişli rayon məhkəməsi işdən çıxarılan ibtidai sinif müəllimi Leyla Nəcəfquliyevanın iddiasına baxıb və təmin etməyib.

Modern.az xəbər verir ki, İmişli rayonu Aranlı kəndindəki 1 saylı tam orta məktəbin ötən ilin sentyabrında işdən çıxarılan müəllimi Leyla Nəcəfquliyeva məhkəməyə müraciət etmişdi. O, işdən çıxarılma barədə əmrin ləğvi, məcburi iş buraxma müddəti üçün əməkhaqqı və mənəvi zərərə görə kompensasiya ödənilməsi tələb edirdi.
Uzun araşdırmadan sonra İmişli rayon Məhkəməsi müəllimin iddiasını təmin etməyib.
L.Nəcəfquliyeva məhkəmə qərarını qanunsuz hesab edib: "2024-cü ildə Milli Məclisə keçirilən seçkilərdə mən 82 saylı İmişli-Saatlı seçki dairəsi üzrə deputatlığa namizəd olmuşam. Seçkilərin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən sentyabrın 21-də təsdiq edilib. Amma məktəb direktoru məni sentyabrın 17-də işdən çıxarıb. Həmin vaxt mənim toxunulmazlıq hüququm olub. Bu hüquqa görə mən işdən çıxarıla, razılığım olmadan başqa işə keçirilə bilməzdim. Məhkəmə əmək müqaviləmə xitam verilməsi üçün əsas göstərilən halları müzakirə etdi, toxunulmazlıq hüququm arxa planda qaldı".

L.Nəcəfquliyeva məhkəmə qətnaməsini hələ almadığını, alan kimi ondan apellyasiya şikayəti verəcəyini söyləyib.

O, bundan əvvəl də, açıqlamasında işdən kənarlaşdırılmağını yeni tikilmiş məktəb binasının istifadəyə verilməsinin ləngidilməsinə görə sentyabrın 16-da açıq havada dərs keçməyi ilə əlaqələndirmişdi. O, həmçinin son parlament seçkilərində deputatlığa namizəd kimi etdiyi çıxışlara, sosial mediada paylaşımlara, bəzi vəzifəli şəxslər barədə tənqidi çıxışlarına görə hədələndiyini də vurğulayırdı. Daha əvvəl də L.Nəcəfquliyeva çalışdığı məktəbdə ayaqyolu olmaması ilə bağlı video çəkib paylaşmaqla gündəmə gəlmişdi.
Mil-Muğan Regional Təhsil İdarəsi də L.Nəcəfquliyevanın işdən kənarlaşdırılmasının şagirdlərə açıq havada dərs keçməsi və bunu özünün TikTok hesabından canlı paylaşması ilə əlaqədar olduğunu təsdiqləmişdi. Qurum yaydığı açıqlamada bəyan edib ki, müəllim şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə edib.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Fevral 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see267

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see236

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see211

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see206

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see180

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see178

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see178

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see170

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see170

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see158

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see155

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see153

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see153

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see151

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri