Məhkəmə qərar versə də, gərginlik davam edir: “Təhqir olunmuşuq”
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Əməkdar artist Elza Seyidcahan Roza Zərgərli ilə arasında olan məhkəmənin detallarına aydınlıq gətirib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə o, “Öz aramızda” verilişində danışıb.
Bəstəkar bildirib ki, qarşı tərəf məhkəmədə ona barışıq və birlikdə layihələr hazırlamaq təklif edib:
“Ona dedim ki, özümü yox, şərəf və ləyaqətimi, fəxri adlarımı müdafiə edirəm. Çünki təhqir olunmuşuq. Məhkəmədən sonra bəlkə qismət olar, duet də oxuyarıq.
Hələlik proses bitməyib. Bir neçə şəxs əl-ələ verib bizə qarşı çıxır. Amma hər şey xeyrimizədir. Qarşı tərəfin də narazılığı var, amma bu gülməli haldır. Mən kiməsə qarşı səhv etsəm, yaşca məndən kiçik də olsa, üzr istəyərəm”.
Xatırlatma: Elza Seyidcahan Roza Zərgərlinin ona böhtan atdığını və şərəf və ləyaqətini alçaltdığını əsas gətirərək xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Proses 2024-cü ilin sonlarından davam edir. Bu ilin aprelində yekun məhkəmə qərarına əsasən, Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat ödəməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 06 May 2026 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















