Icma.az
close
up
RU
“Məhkəmə qərarı olsa da, aylardır SOCAR dakı işimə bərpa etmirlər”

“Məhkəmə qərarı olsa da, aylardır SOCAR dakı işimə bərpa etmirlər”

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“Bu ilin yanvarında məni SOCAR-ın “Ekol Mühəndislik Xidmətləri” QSC-dəki işimdən haqsız yerə uzaqlaşdırdılar. Guya mənimlə əmək müqaviləsi vaxtının bitdiyini əsas gətirdilər, lakin digər işçilərlə yenidən müqavilə bağlandı. Aylardır mübarizə aparıb məhkəmələrdə qalib gəlsəm də, hələ də işimə bərpa oluna bilmirəm”.

Bu iddia ilə “Qafqazinfo”ya vətəndaş Nazim Məmmədov müraciət edib.

N. Məmmədov 18 il Azərbaycanın neft-qaz sənayesində çalışdığını, bir çox əhəmiyyətli layihələrin müəllifi və iştirakçısı olduğunu deyir: “Gənc bir alim kimi məsuliyyətlə, vicdanla çalışmışam, texnika üzrə fəlsəfə doktoruyam. Mənim fəaliyyətimə dünyaşöhrətli neftçi alim Xoşbəxt Yusifzadə şəxsən qiymət verib. Öz işimin peşəkarı olmaqla yanaşı, döyüş bölgəsində zabit olmuşam, ehtiyatda olan baş leytenantam. 3 qız atasıyam, övladlarımı tək böyüdürəm. 15 yaşlı böyük qızım ciddi ürək qüsurundan əziyyət çəkir, əlildir. Təssüf ki, işdən çıxarılarkən nə mənim işgüzar fəaliyyətim, nə də ki, ağır sosial durumum nəzərə alındı. Bu mənə böyük haqsızlıq idi...”

Şikayətçi SOCAR rəhbərliyinə dəfələrlə müraciət etdiyini, problemin həlli ilə bağlı heç bir köməklik olunmadığını bildirib: “Məcbur qalaraq məhkəməyə müraciət etdim. Nizami Rayon Məhkəməsində işimə 6 ay baxıldıqdan sonra bu ilin 24 iyununda xeyrimə qətnamə çıxarıldı. Lakin qarşı tərəf apellyasiya şikayəti verdi. Bakı Apellyasiya Məhkəməsində 3 ay müddətində işə baxıldıqdan sonra 18 noyabr tarixində mənim xeyrimə (əvvəlki işə və həmin vəzifəyə bərpa olunma ilə bağlı) qətnamə çıxarıldı. Lakin hələ də işimə bərpa olunmamışam.

Artıq 10 aydır ki, ağır sosial durumla üz-üzə qalmışam. Xəstə övladımı müalicə etdirə, uşaqlarımı dolandıra bilmirəm. Banklara olan kreditləri ödəyə bilmirəm. Bu, Azərbaycan aliminə qarşı böyük haqsızlıqdır”.

Məsələ ilə bağlı SOCAR-a sorğu ünvanlamışıq.

Gülnar Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Dekabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri