“Məhkəmə qərarından sonra Mehdiyevin YAP dan çıxarılması məsələsinə baxılacaq”
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevlə konkret məhkəmə qərarı olduqdan sonra Yeni Azərbaycan Partiyası (YAP) onun partiyadan çıxarılması məsələsinə baxacaq”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Teleqraf.az-a YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.
O bildirib ki, bununla bağlı məhkəmənin qərarı olmalıdır:
“Məhkəmə qərarı olmadan Ramiz Mehdiyev haqqında danışılan sözlərin hamısı boş söhbətlərdir. Məhkəmənin qərarı olandan sonra o məsələlərin hamısı öz həllini tapacaq”.
Arif Rəhimzadə hazırda Ramiz Mehdiyev barəsində sadəcə olaraq məhkəmə araşdırması prosesinin getdiyini və bunun nəticələrini gözləməyin vacibliyini vurğulayıb:
“Onun haqqında verilən qərar məhkəmənin gedişi və prosesə cəlb edilməsi ilə bağlıdır”.
Qeyd edək ki, Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasının və partiyanın Veteranlar şurasının üzvüdür. O, 2021-ci ilin mart ayına qədər YAP İdarə Heyətinin üzvü olub.
Xatırladaq ki, bir müddət əvvəl yerli KİV-də R. Mehdiyevin dövlətə xəyanətdə ittiham olunmasına və barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbirinin seçilməsinə dair məlumatlar yayılıb.
Bu mövzuda digər xəbərlər:Ramiz Mehdiyevin məsələsinə baxılacaq İsa Həbibbəyli
04 Dekabr 2025 12:37
“Akademiyada Mehdiyevin məsələsinə baxılacaq” İsa Həbibbəyli
12 Dekabr 2025 12:41
AMEA da Ramiz Mehdiyevin həqiqi üzvlük məsələsinə baxılacaq
17 Oktyabr 2025 16:19
İsa Həbibbəyli: Ramiz Mehdiyevin həqiqi üzvlük məsələsinə baxılacaq
04 Dekabr 2025 12:28
YAP dan Ramiz Mehdiyevin həbsinə REAKSİYA
15 Oktyabr 2025 11:51
Baxış sayı:51
Bu xəbər 17 Noyabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















