Məhkəmə rüşvətə görə həbs edilən eks baş həkimlə bağlı qərar verdi KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Ali Məhkəmədə Gəncə Dəmir Yolu Xəstəxanasının külli miqdarda rüşvət almaqda və dələduzluqda ittiham olunan sabiq baş həkimi Vidadi Seyidovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, V.Seyidov baş həkim vəzifəsində işləyən müddətdə ona yaranan inam və etibardan sui-istifadə edib. Öz qulluq mövqeyindən istifadə edərək bir neçə şəxsə pensiya müavinəti düzəldəcəyi, xəstəxanada işlə təmin edəcəyi ilə bağlı yalan vədlər edib. Bundan əlavə, bir neçə nəfərdən rüşvət alıb. O, zərərçəkmişlərdən birindən pulu oğlunun təhsilhaqqını ödəmək, digərindən isə dərman biznesi qurmaq adı ilə götürüb.
Baş həkimin əməlindən 9 nəfər zərər çəkib. Onlara dəymiş ziyan isə 250 min manat civarındadır.
Təqsirləndirilən şəxs ona elan olunan ittihamlarla özünü qismən təqsirli bilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Seyidov 8 il 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 07 May 2026 09:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















