Icma.az
close
up
RU
Məhkəmə salonuna silahlı hücum: Ölən və yaralananlar var

Məhkəmə salonuna silahlı hücum: Ölən və yaralananlar var

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Türkiyənin Bursa şəhərində ədliyyəyə silahlı hücum olub. İlkin məlumata görə, 2 nəfər ölüb, 2 nəfər yaralanıb. 

"Cebheinfo.az" xəbər verir ki, 23 sentyabr 2023-cü ildə Nilüfer mahalının Odunluk səmtindəki bir ticarət mərkəzinin əyləncə sahəsində 3 adamın yaralandığı silahlı hücumla bağlı Mertcan Akça və atası Köksal Akçanın həbsdə saxlandığı işin ikinci məhkəməsi  Bursa 6-cı Ağır Cəza Məhkəməsində Bursa Ədalət Sarayında başlayıb.

Ədliyyə naziri Tunç hücumla bağlı 10 nəfərin nəzarətə alındığını açıqlayıb. 

Təqsirləndirilən şəxsin vəkilinin ifadələri alınarkən, keçən il hücumda yaralanan və bu hadisədə əlil olan  Tolqa E-nin (21) olduğu tərəfdən şübhəlilərə atəş  açılıb. Zaldakı insanlar çölə qaçıblar. 

Mertcan Akça və atası Köksal Akça Tolqa E-nin atası Kamal E-nin törətdiyi iddia edilən hücumda həyatını itirib. 

Məhkəmə salonunda böyük çaxnaşma yaşanıb. Hadisəyə jandarma və polis qrupları müdaxilə edib, təcili yardım və gücləndirmə qrupları ədliyyə binasına gedib.  Ədliyyə binası boşaldılıb.

Yaralı 2 jandarma personalı 112 Təcili Sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılıb. 

Hücumdan əvvəl oğlu Tolqaya işarə edərək qohumlarına “Sənə güvənirəm” deyən şübhəli Kamal E. polis qrupları tərəfindən saxlanılıb. 

Hadisə ilə əlaqədar məhkəmə binasına giriş-çıxışlar bağlanıb. 

Silahın məhkəmə zalına əlil arabası ilə gətirildiyi ehtimal edilir.

Səhiyyə naziri Kamal Memişoğlu hücumla bağlı açıqlamasında "Ədliyyə binasına silahlı hücumda 2 nəfər həyatını itirdi, 2 jandarmamız da ağır yaralandı",- deyib. 

Nigar Hacılı 
"Cebheinfo.az

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Dekabr 2024 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri