Icma.az
close
up
RU
Məhkəmə Teymur Musayevin işi üzrə qərar verdi

Məhkəmə Teymur Musayevin işi üzrə qərar verdi

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Səhiyyə naziri Teymur Musayevin vətəndaş tərəfindən məhkəməyə verildiyi iş üzrə qərar açıqlanıb.

Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, 16 may tarixində səhiyyə nazirinin də iştirak etdiyi Milli Məclisin plenar iclasında deputat Səyyad Salahlı (Aran) plastik cərrahlarla bağlı çıxışı zamanı qəbuluna düşən və plastik cərrahın səhlənkarlığı səbəbindən həyatını itirən Səbirə Vəliyevanın ailəsinin müraciətini dilə gətirib. Bundan sonra nazir Teymur Musayev məsələ ilə bağlı açıqlama verərək həmin ailənin onun da qəbulunda olduğunu və S.Vəliyevanın mətbəxdə əməliyyat edildiyini bildirib.

Bundan sonra Səbirə Vəliyevanın ailəsi səhiyyə naziri Teymur Musayevin qızının şərəf və ləyaqətini alçaltdığını bildirərək, şikayət ərizəsi ilə məhkəməyə müraciət edib.

Şikayət onunla əsaslandırılıb ki, səhiyyə naziri həmin plenar iclasda Səbirə Vəliyeva haqqında həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli fikirlər səsləndirib. Şikayətçilər məhkəmədən nazirin Milli Məclisin iclasında və ya ona bərabər tutulan tədbirdə təkzib verilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

S.Vəliyevanın yaxınları məhkəməyə bildiriblər ki, T. Musayevin yalan olduğunu bilə-bilə mərhum qızı barəsində dedikləri onun ruhuna təhqir və böhtan sayılır. Yalan məlumatları kənar şəxslərin görə, eşidə və ya qavraya biləcəyi formada, qəsdən və qərəzli şəkildə deyib, qızının, onun, habelə ailəsinin şərəf va ləyaqətini qəsdən nalayiq formada alçaldıb və qəsdən böhtan atıb.

Məhkəmə isə şikayətin heç bir əsası olmadığı qərarını verib. Bildirilib ki, 16 may 2025-ci il tarixdə Milli Məclisin plenar iclasında nazirin çıxışına diqqət yetirdikdə müəyyən olunur ki, həmin sözlər xüsusi ittihamçının nəinki ziyanına, hətta xeyrinə deyilmiş sözlərdir.

İş materiallarına əsasən Ülviyyə İlyasova Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529 ünvanında xüsusi biliyi və təhsili olmadan qohumu Səbirə Vəliyeva üzərində liposaksiya-piysovurma manipulyasiya və prosedurlarını icra etdikdən sonra sonuncunu özünün yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 16-cı döngə “Şərq” yaşayış massivində yerləşən ünvansız fərdi yaşayış evinə gətirdiyi və S.Vəliyevanın səhhətinin orada ağırlaşaraq vəfat etdiyi müəyyən edilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:40
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 İyul 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see179

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see161

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see161

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see160

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri