Məhkəmə Trampa Memfisdə Milli Qvardiyadan istifadəni qadağan edib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 18 noyabr, AZƏRTAC
Tennessi ştatının məhkəməsi ABŞ Prezidenti Donald Trampın əmrinə zidd olaraq, Memfisdə cinayətkarlıq və miqrantlarla mübarizə üçün Milli Qvardiyanın istifadəsinə qadağa qoyub.
AZƏRTAC xəbər verir ki, bu barədə Reuters agentliyinin məlumatında deyilir. Məhkəmənin qərarına görə, Milli Qvardiya qoşunlarının patrul xidməti üçün istifadəsi yerli hüquq-mühafizə qanunvericiliyinə ziddir.
Qeyd edək ki, Donald Tramp sentyabrın ortalarında “Memfisdə asayişin bərpası haqqında” müvafiq sərəncam imzalayıb. Tennessi qubernatoru Bill Li sərəncama uyğun olaraq Milli Qvardiyanın hərbçilərini patrul xidməti həyata keçirmələri üçün şəhərin küçələrinə yerləşdirib.
Federal Təhqiqatlar Bürosunun məlumatına əsasən, 600 mindən çox əhalisi olan Memfis 2024-cü ildə cinayət statistikasına görə Birləşmiş Ştatların böyük şəhərləri arasında ön sıralardan birini tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 18 Noyabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















