Məhkəmə türk sahibkarın evindən 193 min manat oğurlayanlarla bağlı qərar verdi
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ali Məhkəmədə oğurluqda təqsirləndirilən dəstə üzvləri Üzeyir Bayramov, Niyazi Məmmədov və Namik Bayramovun barəsindəki qərardan verilən kasasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakıvaxtı.az Pravda.az-a istinadla xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən son iclasda qərar elan olunub.
Qərara əsasən, kasasiya şikayəti təmin edilməyib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Üzeyir Bayramov 6 il 3 ay, Namik Bayramov 5 il 9 ay və Niyazi Məmmədov isə 5 il 1 ay 15 gün müddətinə azadlıqdan məhrum ediliblər. Hər üç şəxs məhkəmə zalından həbs olunub. Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.
İttihama görə, oğurluq hadisəsi 23 yanvar 2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən evlərdən birində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Üzeyir Bayramov, Niyazi Məmmədov və Namik Bayramov Türkiyə vətəndaşı olan iş adamı Selçuk Mahmud oğlu Tapanın yaşadığı evdən 193 095 manat pul oğurlayıblar. Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, qeyd edilən evdən oğurluq etmək təklifi əvvəlcə Üzeyir Bayramovdan gəlib. Onlar hadisə günü Niyazi Məmmədovun avtomobili ilə oğurluq edəcəkləri evə yollanıblar. Hadisədən sonra isə əldə etdikləri pul vəsaitlərini aralarında bölüblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 17 Noyabr 2025 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















